• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Təcili Tibbi Yardım

Xaricdə uzunmüddətli ixtisaslaşma keçmiş və zəngin iş təcrübəsi qazanmış Təcili Tibbi Yardım şöbəsinin həkim heyəti xəstələrə, keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac olarsa hospitala daşınmasını təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.

Bu şöbənin ambulans və ilk yardım otaqları beynəlxalq ATLS və ACLS protokollarına uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

Təcili yardım şöbəsi avtomobillərinin tibbi təchizatı göstəriləcək ilkin yardımın dünya standartlarına uyğundur. 

Təcili tibbi yardım xidməti istədiyiniz təqdirdə ev və ya ofisinizdə portativ aparatlarla instrumental (Rentqen, USM, EKQ) və laborator müayinələri həyata keçirə bilər.

Peşəkar tibbi personalımız ağırlıq dərəcəsindən asılı olmayaraq xəstələri Respublikamızın istənilən yerindən xəstəxanamıza və ehtiyac olarsa ölkə xaricinə daşınmasını təmin edir.,