• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Biz kimik?

Vital Hospital tibb müəssisəsi kimi 2001-ci ildən fəaliyyətə başlamış və fəaliyyət dövründə bir cox nailiyyətlər əldə edərək Respublikamızın tanınmış tibb müəssisələri ilə bir sırada dayanmaqdadır.

Vital Hospitalın Doğum Evi 2010-cu ildən fəaliyyət göstərir. Doğum Mərkəzində əziyyətsiz, travmasız, komfort şəraitdə doğuşlar keçirilir. Doğuşlar Respublikanın tanınmış Həkim -mama-ginekoloqu Afaq Məcidovanın rəhbərliyi altında təcrübəli mütəxəssislər tərəfindən aparılır. Hospitalda həmçinin keysəriyyə əməliyyatları da keçirilir. Neonatoloji şöbədə yeni doğulmuşların qeydinə xüsusi diqqətlə baxılır. Doğum Evinin nəzdində Analar Məkətəbi də fəaliyyət göstərir. Burada hamilə xanımlar üçün fitness, yoqa, pilates, meditasiya məşqləri keçirilir. Həkim-mütəxəssislərimiz – ginekoloqlar, neonatoloqlar və psixoloqlar xanımlarla mühazirələr aparır, psixoloji hazırlıqlar keçirlər.

Hospitalın Laparoskopik Cərrahiyyə Şöbəsi ən yüksək səviyyədə, müasir cihazlarla təmin olunmuşdur. Burada kişi və qadın cərrahlarımız mioma, kista, öd daşı, appendisit yırtıq, və s. əməliyyatlar həyata keçirirlər. Hospitalda vaginoplastika, labioplastika, varikosele, babasil və başqa əməliyyatlar da olunur.

Hospitalın Plastik Cərrahiyyə Şöbəsində üz və bədəndə hər növ plastik əməliyyatlar tanınmış yerli və xarici plastik cərrahlar tərəfindən olunur (Dovşandodaqlıq, qurdağızlıq, mammoplastika, feysliftinq, blefaroplastika, abdominoplastika, liposaksiya, rinoplastika, otoplastika, vaginoplastika, labioplastika, mastopleksiya, piy vurma, qol gərmə, saçəkmə, buxağın götürülməsi, ginekomastiya, şəlpəqulaq əməliyyatı və s.). Hospitalda xanımlar və bəylər ən son model ALEXANDRİTE CYNOSURE APOGGE+ və soyuducu ZİMMER aparatı ilə tam ağrısız, kontaksız, birdəfəlik arzuolunmaz tüklərdən azad ola bilərlər

Hospitalın poliklinika şöəsində profilaktik müayinə (CHECK-UP) proqramları həyata keçirilir, müasir laboratoriya, ultrasəs diaqnostika kabineti, Exo-kardioqrafiya, doppler, rentgen müayinə, EEQ kabinetləri fəaliyyət göstərir.

Reproduktiv Sağlamlıq Şöbəsində Kişi və qadın sağlamlığı – sonsuzluq, cinsi yolla keçən xəstəliklər, kişilərdə prostat xəstəlikləri, cinsi zəiflik, tez boşalma, hamiləlik zamanı qadınların müşahidəsi, müayinəsi və müalicələri aparılır

Reabilitasiya Şöbəsində Onurğa problemləri, Skalioz. Kifoz. Lordoz, əyripəncəlik, yastıpəncəlik dərmansız, xüsusi idmanlar, manual terapiya, dartma, miastimulyasiya, massajlar vasitəsilə müalicə olunur. Dietoloq göstərişi ilə, xüsusi pəhrizlər, idmanla artıq çəkidən azad olmaq olar.

Stomatologiya Şöbəsində peşəkar mütəxəssislər çalışır.

Tranfuziologiya Şöbəsində ozonla müalicə, qanın ultrabənövşəyi şüalarla şüalandırılması, membran və qravitasion plazmaferez bir çox xəstəliklərin müalicəsində, o cümlədən sonsuzluğun müalicəsində prostatitlərdə, endokrin sistemi xəstəliklərdə, şəkərli diabet, astma kimi yayilmış xəsrəliklərdə, allergiya və immun sistemin digər xəstəliklərində hamilələrdə toksikoz, anemiya və başqa problemlər zamanı aparılan müalicələr danılmaz müsbət effektlər verir.

Sağlamlığınız Sağlamlığımızdır!

Sağlamlığınzı etibarlı əllərə həvalə edin!