• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Reanimasiya və Anesteziologiya

Vital Hospitalda 5 əməliyyat bloku fəaliyyət göstərir. Burada icra olunan bütün əməliyyatlar yüksək səviyyəli anestezioloji xidmət ilə təmin olunur. Əməliyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması, dünyada qəbul olunmuş standartlar və anestezioloji protokolların tətbiqi əsasında istənilən növ anesteziyanın həyata keçirilməsinə şərait yaradır. Əməliyyatxanalar dünya tibb elminin son tələblərinə cavab verən anesteziya cihazları və monitorlarla təchiz olunub.

DRAGER firmasının istehsalı olan FABIUS, PRIMUS və ZEUS anesteziya cihazları ilə “high-flow” və “low-flow” anesteziyasının aparılması, habelə xəstənin çəkisinə, döş qəfəsi quruluşuna, ağciyərlərinin funksional vəziyyətinə uyğun tənəffüs parametrlərini seçmək mümkündür. Bu aparatların yüksək həssaslı “alarm” sistemi hər hansı bir dəyişikliyi anında bildirir və bir sıra ağırlaşmaların qarşısını vaxtında almaq olur.

Anesteziologiya elminin müasir tələblərinə cavab verən anestetiklərin (halotan, isofluran, sevofluran) istifadəsi peşəkar anesteziyanın aparılması ilə yanaşı, ağırlaşma faizinin minimuma endirilməsinə, əməliyyatdan sonra xəstənin tez və rahat oyanmasına xidmət edir. Bu da öz növbəsində xəstənin tam komfortunu və qısa bir müddət ərzində reabilitasiyasını təmin edir.

REANİMASİYA VƏ İNTENSİV TERAPİYA

Reanimasiya və İntensiv Terapiya şöbəsi 11 çarpayı üçün nəzərdə tutulmuşdur. Cərrahi əməliyyatdan sonra reanimasiya təqibinə ehtiyac olan xəstələr, eyni zamanda müxtəlif orqan çatışmazlığı, müştərək travma ilə daxil olan xəstələrə nəzarət və müalicə bu şöbədə həyata keçirilir. Müasir çoxfunksiyalı monitorlar vasitəsi ilə arterial təzyiqin invaziv və qeyri-invaziv ölçülməsi, nəbz, mərkəzi venoz təzyiqi, qaz mübadiləsi, bədən temperaturu, ürəyin fəaliyyəti, qanın oksigenlə zənginliyi kimi həyati vacib funksiyalarının göstəriciləri şöbədə daimi nəzarət altında saxlanılır. Xəstələrə süni və köməkçi ventilyasiyanın aparılması üçün ən müasir avadanlıqlardan istifadə olunur. 

Hospitalımızın ən böyük özəlliyi isə istənilən ağırlıqda olan xəstənin 24 saat ərzində reanimasiya şöbəsinə qəbul edə bilməsidir.