• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Ginekoloji-Estetik Cərrahiyyə

GİNEKOLOJİ –ESTETİK  CƏRRAHİYYƏ

Ginekoloji İntim plastik cərrahiyyə qadın intim zonasında bir sıra estetik və yaşa bağlı problemləri həll edir. Vital Hospitalda Vaginoplastika və Labioplastika əməliyyatlarını bu sahədə böyük təcrübəsi olan ginekoloqlar yerinə yetirir. Vaginoplastika və ya kolpoplastika vaginanın formasını və ölçüsünü bərpa etmək üçün edilən əməliyyatdır. Ginekologiyada vaginal əməliyyatlar həm terapevtik (cinsiyyət orqanlarının prolapsı və sallanması, sidik qaçırma və s.) həm də kosmetik (estetik) məqsədlə aparılır. Labioplastika cinsiyyət dodaqlarının formasını və ölçüsünü düzəltmək üçün edilən əməliyyatdır.

Bu əməliyyatlar nə zaman olunur.

Əməliyyat üçün tibbi göstərişlər:

- vaginal divarların prolapsı,

- uşaqlığın tam və natamam prolapsı,

- kiçik dodaqların hipertrofiyası,

- stress sidik qaçırma,

- vaginal həcmin azalması,

- vaginal kista

Həmçinin, cinsiyyət dodaqlarının asimmetriyası, perineal qüsurlar (anatomik, travma sonrası, doğuşdan sonrakı, anadangəlmə); cinsi dodaqların deformasiyası (travmatik, əməliyyatdan sonrakı, doğuşdan sonrakı zədələr)

Cinsiyyət orqanlarının görünüşündən və/və ya vaginanın formasından və həcmindən narazılıq. Əgər orqanlar doğuşdan sonra, yaşa görə dəyişibsə və ya əvvəldən xəstənin estetik zövgünə uyğun gəlmirsə, həkim onların formasını və həcmini dəyişə bilər.