• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Yumurtalıq disfunksiyaları AMENOREYA


Yumurtalıq disfunksiyaları AMENOREYA

Amenoreya 6 ay ərzində və daha çox müddətdə aybaşının olmamasına deyilir. Amenoreya həqiqi və yalançı ola bilir. Həqiqi amenoreya zamanı yumurtalıqlarda, endometriyada və bütün orqanizmdə dövri dəyişiliklər qeyd olunmur. Həqiqi fizioloji amenoreya uşaqlarda, hamiləlik və laktasiya zamanı, menopauza dövründə müşahidə olunur. Patoloji amenoreya birincili (aybaşı heç zaman olmur) və ikincili (aybaşı kəsilir) ola bilir. Birincili amenoreya irsi patologiya (cinsiyyət üzvlərinin anadangəlmə inkişaf qüsürları, cinsi inkişafın ləngiməsi (ağır infeksion xəstəliklər, intoksikasiyalar) ilə əlaqədar yaranır.

İkincili amenoreya ümumi infeksion və somatik xəstəliklər (vərəm, revmatizm, ürək qüsurları, qaraciyər xəstəlikləri və s.), ağır intoksikasiyalar (qurğuşun, civə, alkoqol), keyfiyyətsiz qidalanma, sinir-psixi və hormonal pozğunluqlarda inkişaf edir.

Yalançı amenoreyada uşaqlığın selikli qişasında tsiklik dəyişikliklər baş verir, lakin uşaqlıq boynu, uşaqlıq yolu və qızlıq pərdəsi nahiyyəsində hər hansı bir maneə, ifrazatın (aybaşı qanı) xaric olmasına imkan vermir.

DİAQNOSTİKA-Bir sıra müayinələrin olunmasına ehtiyac olur: anamnezin diqqətlə toplanması, xəstələrin ümumi müayinəsi, ginekoloji müayinə, funksional diaqnostika testləri (rektal hərarət, uşaqlıq yolu yaxmasının sitologiyası, bəbək simptomu), endometriumun biopsiyası, bəzi hallarda elektroensofoloqrafiya, görmənin rəng sahələrinin müayinəsi, türk yəhəri nahiyyəsinin rentgenoqrafiiyası, pnevmoperitoneum, heminoqrafiya, hormonal müayinə üsulları- qanda qonodotropinlərin, estrogenlərin, hestogenlərin, sidikdə 17-ketosteroidlərin, oksikortikosteroidlərin və s yoxlanması), genetik müayinə üsulları (cinsi xromatin, kariotip)

MÜALİCƏSİ- xəstəliyi yaradan səbəb ilə mübarizəyə yönədilir. Tam dəyərli qidalanma, normal əmək və istirahət rejimi, stresslə mübarizə, idmanla məşqul olma, xronik infeksion və somatik xəstəliklərin müalicəsi, dezintoksikasiya.

Hormonal terapiya- patogenetik səbəbdən asılı olaraq müxtəlif sxemlər üzrə təyin olunur.

Vital klinikanın rəhbəri tanınmış mama-ginekoloq Afaq Məcidova uzun illər təbabətin ən mürəkkəb sahələrindən biri olan qadın sonsuzluğu ilə məşğul olur. Onun əməyi, nəzəri biliyi və praktiki təcrübəsi sayəsində yüzlərlə ailə valideyn olmaq sevinci yaşayıb. Hətta başqa ölkələrdən onun sorağını eşidib gələnlərin də sayı az deyil.

Vital Klinikada sonsuzluğun uğurla müalicəsinin özəllikləri və sirləri :

Nigahda olan qadın və kişi tam müayinə olunur

--müalicələr qadın və kişidə paralel və əlaqəli aparılır

--pasientlərə individual yanaşma prinsipinə hər zaman riayət olunur

-ehtiyac olduqda başqa sahələrin mütəxəssisləri ilə konsultasiyalar olunur

-ailə cütünün psixolojı durumu korreksiya olunur

-kompleks müalicələr tətbiq olunur (dərman preparatları, bitkilər, fizioterapevtik proseduralar, müalicəvi idman, yerli proseduralar, ozonoterapiya, plazmaferez, qanın ultra-bənövşəyi şüalarla şüalandırılması və s. )

--özəl reseptlərlə hazırlanmış müalicəvi qarışıqlardan istifadə olunur


Afaq xanımın rəhbərliyi altında Vital klinikada qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq miomaları, yumurtalıq kistaları, cinsi yolla keçən infeksiyalar, zooinfeksiyalar, hamiləlik toksikozları, yumurtalıq polikistozu, uşaqlığın disfunksional qanaxmaları, uşaqlıq boynu eroziyaları, klimakterik nevroz və bir çox başqa mama-ginekoloji problemlər müvəffəqiyyətlə müalicə olunur.