• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Laparoskopik yolla qrijanın ləğvi


Laparoskopik yolla qrijanın ləğvi

Vital Hospitalda bütün növ yırtıqların laparoskopik müalicəsi aparılır: qasıq, bud, qarın ağ xəttinin yırtığı, göbək yırtığı, əməliyyat sonrası yırtığınınaradan qaldırılması.

Yırtıq qarın boşluğu orqanlarının dəri və qişalara zərər vermədən təbii və ya patoloji əmələ gələn dəliklərdən bayıra qabarması ilə səciyyələnən cərrahi xəstəlikdir. Bu patologiyanın əsas simptomları xüsusilə gərginlik, gücənmə və ya öskürək zamanı dərialtı qabarma nahiyyəsində narahatlıq, yanma, qaşınma və hətta güclü ağrıdır.

Əməliyyatsız yırtığı müalicə etmək mümkün deyil!

Laparoskopik üsulla yırtığın ləğvi zamanı cərrah 0,5 sm-dən 3 sm-ə qədər kiçik dəliklər açır, onların vasitəsilə yırtığa çıxış təmin edilir. Punksiyaların ölçüsü o qədər kiçikdir ki, boşluğa yalnız çox kiçik cərrahi alətlər və nazik boru şəklində optik cihaz olan laparoskop daxil olur. Daxili orqanların monitorda göstərilir ki, bu da cərraha yırtığı çıxarmaq üçün daxili manipulyasiyalar aparmağa kömək edir.

Əksər hallarda, yırtıq bölgəsində qarın divarını bərkitmək üçün qarnın ön divarının zəifləmiş sahəsi olan yırtıq ağzını gücləndirmək üçüntorlu implantlardan istifadə olunur. Vital Klinikada əməliyyat zamanı Amerika və Avropa istehsalı ən keyfiyyətli sapdan (monofilament) toxunmuş tor implantlardan istifadə olunur və bu cərrahiyyədə torlu protezlərin istifadəsi ilə bağlı fəsadları minimuma endirməyə imkan verir.

Əməliyyatın sonunda sökülməyən, kosmetik tikişlər qoyulur.

Laparoskopik üsülla yırtıq müalicəsinin üstünlükləri:

•əməliyyatdan sonra ağrıların olmaması;

•xəstələrin erkən aktivləşdirilməsi (əməliyyatdan sonra 2 saat ərzində xəstə ayağa qalxır, yeriyir və ertəsi gün evə yazılır);

•əməliyyat minimal qan itkisi ilə müşayiət olunur – kiçikdəliklərə görə;

•laparoskopik əməliyyat ilə residiv (təkrarlanma) ehtimalı 3%-dən çox deyil, ənənəvi cərrahiyyədə isə 30%-ə qədərdir.

•laparoskopik hernioplastika (yırtıq ləğvi) maksimum əldə edilə bilən estetik effektə malikdir (dəliklər 10-12 gün ərzində sağalır, iz qalmır);

Əməliyyat ümumi anesteziya altında aparıldığı üçün əks göstərişlərə aşağıdakılar daxil ola bilər:

•ürək-damar, tənəffüs və qan dövranı sistemlərinin ağır xəstəlikləri;

•piylənmə;

•xəstəlik tarixində tədbiq olunan şöbələrdə başqa cərrahi müdaxilələr olduqda;

•hamiləlik.