• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Laparoskopik yolla uşaqlıq borularının bağlanması


Laparoskopik yolla uşaqlıq borularının bağlanması

Qadınlar üçün kontrasepsiyanın ən effektli və təhlükəsiz cərrahi üsulu uşaqlıqboruların laparoskopik bağlanmasıdır. Müdaxilənin məqsədi yumurtalıqların bütün digər funksiyalarını saxlanması şərti ilə yumurta hüceyrəsinin mayalamnasını qeyri mümkün etməkdir. Yetkin bir yumurta, bağlanmış boru vasitəsi ilə uşaqlıq boşluğuna nüfuz edə bilməz, buna görə də sperma ilə əlaqə tamamilə istisna edilir və hamiləlik baş vermir.Vital Hospitalda bu əməliyyat yalnız pasiyentin istəyi ilə, sterilizasiyaya rəsmi razılıq imzalandıqdan sonra aparılır.

Laparoskopik üsulla sterilizasiya geri dönməz bir əməliyyat olduğundan, onun həyata keçirilməsi üçün müəyyən hüquqi məhdudiyyətlər var.Səhiyyə Nazirliyinin qaydalarına əsasən, qadınlara bu əməliyyat icazə verilir:

• 35 yaşdan yuxarı;

• iki və ya daha çox uşaq olduqda;

• keysəriyyə əməliyyatı ilə bir neçə təkrar doğuşlardan sonra;

• uşaqlığın cırılmasından sonra;

• hamiləliyin anada və ya doğulmamış uşaqda ciddi fəsadlara səbəb ola biləcək, diaqnozu qoyulmuş xəstəliklər olduqda.

Xəstəliklərin siyahısına ciddi və müalicəsi çətin və ya  mümkün olmayan xəstəliklər də daxildir:

leykoz, bədxassəli şişlər,dekompensasiya olunmuş şəkərli diabet, mellitus, anadangəlmə ürək xəstəliyi,

ağır hipertenziya  və digər ürək xəstəlikləri, şizofreniya vədigər psixi pozğunluqlar, böyrək və ya qaraciyər çatışmazlığıvə s.

Əməliyyata hazırlıq

Hazırlıq prosedurlarının əsas və ən vacib hissəsi

Qadınlar laparoskopik sterilizasiyası əməliyyatındın əvvəl hərtərəfli müayinə olunmalıdır:

1.laboratoriya testləri: ümumi, biokimyəvi qan analİzləri, qanda hepatit B, C, HİV və sifilis, yaxma mikroflora və sitologiya, koaquloqramma və s.;

2.ağciyər rentgeni;

3.EKQ;

4.çanaq orqanlarının transabdominal və transvaginal ultrasəs müayinəsi;

5.terapevtin rəyi.

Əməliyyat necə həyata keçirilir?

Həkimlərimiz laparoskopik cərrahiyyə sahəsində böyük təcrübəyə malikdir və əməliyyatlar dünyanın aparıcı klinikalarında tətbiq edilən ən son protokollara uyğun həyata keçirilir.Əlverişli dövr menstruasiyanın bitməsindən sonar və ovulyasiyaya qədər olan dövrün birinci yarısıdır. Əməliyyat yarım saatdan çox çəkmir və ümumi və ya local anesteziya altında aparılır.

-Xəstə əməliyyat masasına uzandırılır, dəri antiseptiklə təmizlənir, anesteziya verilir.

-Cərrahi əməliyyat üçünqarın boşluğuna karbon qazı yeritmək məqsədi ilə  göbəkdəki dəlikdən alət daxil edilir.

-Yandəliklərdən troakar və laparoskop daxil edilir. Cərrah kiçik çanaq orqanlarını nəzərdən keçirir  və uşaqlıq borularına klipslər qoyur.

-Alətlər qarın boşluğundan çıxarılır və dəliklərə tikişlər qoyulur.

Bu əməliyyat üçün məhdudiyyətlər:

1.yaş həddi 35 yaşa qədər, övladın olmaması;

2.istənilən mərhələdə hamiləlik;

3.reproduktiv orqanların kəskin iltihabı;

4.kəskin formada hər hansı bir yoluxucu xəstəlik;

5.qan laxtalanma sistemində problem;

6.uşaqlıq borularında bitişmələrin olması;

7. ağır piylənmə;

8.göbək yırtığı.

Laparoskopik sterilizasiyanın üstünlükləri

Ginekoloqların və xəstələrin çoxsaylı rəylərinə görə, bu

cərrahi kontrasepsiya üsulu bir sıra danılmazüstünlüklərə  malikdir.

1.Arzuolunmaz hamiləliyin qarşısının alınmasının effektivliyi 100% yaxınlaşır.

2.Gələcəkdə kontraseptiv vasitələrdən istifadə etməyə (dərman, spiral)  etməyə ehtiyac olmur.

3.Orqanizm üçün fəsadlar minimaldır, yalnız sağalmaüçün bir neçə gün tələb olunur.

4.Əməliyyat təbii hormonal tsiklə təsir etmir.

5.Prosedurdan sonra yumurtalıq və süd vəzi xərçənginin inkişaf riski azalır.