• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Süd vəzi xərçəngi


Süd vəzi xərçəngi

Qadınlar arasında ən çox yayılmış xərçəng növü süd vəzisinin xərçəngidir. Süd vəzisinin xərçəngi çox yavaş inkişaf edən xərçəng növlərinə aiddir. Qadınlarar asında xərçəngdən ölmə statistikasında süd vəzinin xərçəngi 2-ci yerdə durur. Süd vəzi xərçənginin erkən diaqnostikası və müalicəsi sağ qalma və müalicə nəticələrin yaxşılaşdırılmasında əsas rol oynayır. Buna görə də hər bir qadın süd vəzi xərçənginin əlamətlərini bilməli, və özünü müayinə etməyi bacarmalıdır.

Əlamətlər:

1.Süd vəzidə bərk və ağrısız törəmənin əllənməsi

2.Süd vəzinin formasının, ölçüsünün dəyişilməsi

3.Süd vəzi dərisinin büzüşməsi və ya dartılması

4.Süd vəzinin birində ağrı, diskonfort hissinin yaranması

5.Süd vəzi giləsinin bərkiməsi, şişməsi və ya içəri doğru batması

6.Süd vəzi giləsindən rəngli ifrazat

7.Həmin tərəfdə qoltuqalti linfa düyünlərinin böyüməsi

Baxmayaraq ki, süd vəzi xərçəngi çox yavaş böyüyür və çox asan aşkar oluna bilir, əksər hallarda qadınlar süd vəzi xərçənginin 3 vəya 4-cü dərəcəsində həkimə müraciət edirlər. Bu çox vaxt qadınların özünü müayinə bacarığının olmaması və ya uzun muddət turkəcarə üsullarnan müalicə olmaqlaridir. Bəzən qadinlar həkimə gedib, həqiqəti bilməkdən qorxurlar. Bütün bunlar diaqnostikani gecikdirir və mualicənin nəticələrini pisləşdirir. Ziyansız asan müayinə metodu süd vəzilərinin utra-səs diaqnostikasi bu isdə çox mühüm rol oynayır. Hər bir qadın  40 yaşından sonra ayda bir dəfə özü süd vəzilərini yoxlamali, ildə iki dəfə isə profilaktik ultrasəs müayinəsindən kecməlidir.

UNUTMAYİN: Erkən diaqnostika həyat  qurtarır.