• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Nigah öncəsi müayinə


Nigah öncəsi müayinə

Nigahdan öncə müayinə nəyə görə lazımdır?

Sağlam uşaq sağlam ailədə böyüyür.

Gələcək nəsillərin sağlam olması həmdə bu gün qurulan ailələrdən asılıdır.Valideynlərin sağlamlığı onların gələcək övladlarının da sağlamlığına təsir edir.Buna görə də hər kəs müəyyən vaxtdan bir müayinədən keçməli və müəyyən analizləri etdirməlidir. Xəstəliklərin vaxtında aşkar olunması problemin tez aradan qaldırılması üçün əhəmiyyətli olsa da, bu müayinələri vaxtaşırı etdirənlər çox azdır. Bəzən isə tərəflər qarşı tərəfdə olan xəstəliklər haqqında yalnız evləndikdən sonra xəbər tutur. Bu isə sonradan onların özləri və ailələri arasında narazılıqlara gətirib çıxarır.

"Hər bir şəxs gözəl ailə qurmaq istəyir və ailəsi ilə bağlı gözləntiləri olur. Ailə qurduqdan sonra sağlamlığında hər hansı problem üzə çıxanda bilmir ki, yeni qurduğu ailəsinin dadını çıxarsın, ya xəstəliyinin dərdini çəksin.

Hər hansı bir problemi öncədən bilib onun qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısını alınması və ailələrin şən, firavan və rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır. Gələcək ailə cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil dünyaya gətirdikləri övladları barədə də fikirləşməlidirlər. Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır. Gələcək nəsillərin sağlam olması həm də bu gün qurulan ailələrdən asılıdır.