• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Ürəkbulanma


Ürəkbulanma

Ürəkbulanma – mədəüstü nahiyədə yanma və zəiflik, avazıma, tərləmə, başgicəllənmə ilə müşayiət olunan xoşagəlməz bir hissdir.

Bir sıra mədə-bağırsaq və qaraciyər – öd yolları xəstəliklərində ürəkbulanma müşahidə olunur. Eyni zamanda bir çox nevroloji xəstəliklər (baş-beyin silkələnməsi, insult, şişlər və s)də ürəkbulanmaya səbəb olur.

Bəzən ürəkbulanma müxtəlif psixoloji problemlər, nevrozlar və psikozlar nəticəsində yarana bilir. Müxtəlif toksiklər və bəzi preparatlar da ürəkbulanmaya səbəb olur.

Burun-udlaq nahiyyəsinin xəstəliklərində (məsələn, faringit) reflektor ürəkbulanma yarana bilər. Hərəki ürəkbulanma və ya dəniz xəstəliyi-nəqliyyatda hərəkət edərkən yaranır və daxili qulaqda yerləşən vestibulyar aparatın funksiyasının pozulması ilə bağlı olur.

Vestibulyar aparatla bağlı ürəkbulanma Menyer xəstəliyində də müşahidə olunur. Bu zaman periodik olaraq xəstədə ürəkbulanma, başgicəllənmə, müvazinətin pozulması, qulaqda küy və eşitmənin zəifləməsi, yüksək səsə həssaslığın artması qeyd olunur. Allergik xəstəliklər, hipertoniya və hipotoniya, ateroskleroz, neyrosirkulyator distoniya, hormonal pozğunluqlar, klimaks kimi amillər Menyer xəstəliyinin yaranmasına səbəb ola bilir.