• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Əsəbilik


Əsəbilik

Hər üç haldan birində əsəbilik “daxili yanma” adlanan sindromun nəticəsi olur, bu zaman təkrarlanan stress situasiyaları insanın psixoloji müdafiə mexanizmlərini sıradan çıxararaq insanın öz emosiyalarına nəzarəti zəiflədir.

Digər hallarda isə əsəbilik hər hansı bir problemin əlaməti olur. Əsəbiliyə bir sıra amillər səbəb ola bilər:

-ağır xronik xəstəliklər (əsasən qalxanabənzər vəz, ürək və ya mədə ilə bağlı problemlər);

-depressiya;

-baş vermiş ağır bir hadisə ilə bağlı uzun müddət pis ovqat ilə yaşamaq;

-bəzi preparatların qəbulu;

Əsəbilik anemiya və avitaminozla da bağlı ola bilər. Eyni zamanda baş-beyin maqnit rezonans müayinəsinin köməyi ilə şişin inkişaf etməsini istisna etmək vacibdir.

Əsəbilik müşahidə olunarkən bir sıra tədbirlər həyata keçirilməlidir:

-şəraitin və ya fəaliyyət növünün dəyişdirilməsi;

-gündəlik həyatdan xeyli fərqlənən aktiv istirahət;

-yuxunun normallaşdırılması;

-fiziki yükün artırılması və bu yolla emosional yüngülləşməyə nail olunması;

-davranışın korreksiyası, psixoloji müdafiənin artması və aqressivliyinin azalmasına yönəldilmiş psixoterapiya;

-relaksasiya üsullarının mənimsənilməsi;

-narahatlıq hissini götürən və sinir sistemini sakitləşdirən preparatların tətbiqi (lakin bu bir qədər risklidir).

Epilepsiya xəstəliyi üçün də aəabilik xarakterikdir. Bu zaman şəxsiyyətdə əsəbilikdən əlavə xırdaçılıq və pedantizm yaranması ilə özünü göstərən dəyişiklik yaranır. Bu dəyişikliklər “Epileptik defekt” adlanan halı təşkil edir və nəhayət əsəbilik bəzi insanların anadangəlmə xüsusiyyəti olur, belə şəxslər çox deyil –cəmi 0.1% təşkil edir.