• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Qəbizlik


Qəbizlik

Qəbizlik – defekasiya aktının 48 saatdan çox olmaması və çətinliklə baş verməsi, eləcədə bağırsağın müntəzəm olaraq tam boşalmamasıdır. Qidanın insan bədənində keçdiyi yola orta hesabla 24-28 saat sərf olunur. Xronik qəbizliyi olan şəxslərdə isə bu proses 60, bəzən 120 saat davam edir. Qəbizliyə müxtəlif amillər səbəb ola bilər:

-qida rejiminin dəyişməsi (məsələn turist səfərləri zamanı);

-hamiləlik;

-müəyyən qida məhsullarından (çay, kakao tərkibində bitki lifləri az miqdarda olan qida) istifadə;

-emosional amillər (stress, depressiya);

-bəzi dərman preparatlarının qəbulu.

Qəbizlik zamanı iştahın zəifləməsi, gəyirmə, ağızda xoşagəlməz dad, başağrıları, əzələlərdə ağrı, əsəbilik yarana bilər. Dəri avazımış, bəzən sarımtıl rəngli, elastikliyini itirmiş olur.

Qalxanabənzər vəzi funksiyasının aşağı olması ilə bağlı qəbizliklər bədən çəkisinin artması ilə müşayiət olunur.

Qəbizlik əgər ishal ilə növbələşirsə, xəstə mütləq müayinə olunmalı və düz bağırsaqda polip və ya şiş olub-olmaması dəqiqləşdirilməlidir. Qeyd etmək lazımdır ki, belə növbələşmə diabet və ya qıcıqlanmış bağırsaq sindromunda da müşahidə olunur.

Artıq çəkidən azad olmaq məqsədilə düzgün tutulmayan pəhriz də qəbizliyə səbəb ola bilər. Qəbizliyin müalicəsi yırtıqların boğulmasının, düz bağırsağın iltihabının, babasil xəstəliyinin qarşısını ala bilir.

Qəbizlikdən azad olmaq üçün düzgün qidalanma, fiqiki yükün artırılması (məsələn, gimnastika) qəbizliyə səbəb olan preparatların qəbulunun dayandırılması vacibdir.