• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Ağrı


Ağrı

Ağrı-orqanizmdə baş verən hər hansı bir patoloji dəyişikliyin əsasgöstəricilərindən biridir.

Ağrı damarları daralda (bəzən genişləndirə) təzyiqi yüksəldə və nəbzi tezləşdirə bildiyindən ağrını yaradan səbəblə birlikdə orqanizm üçün yük olur.

Ağrının bəzi növlərində reseptsiz satılan ağrıkəsicilər kifayət qədər effektiv olmur, lakin bu preparatları qəbul etməzdən əvvəl annotasiyasını diqqətlə oxumaq və həmin preparatın birdəfəlik, eləcə də sutkalıq dozasını bilmək lazımdır.

İnsanların ağrıya dözümlülüyü fərdidir. Eyni zamanda ağrının intensivliyi heçdə həmişə problemin ciddiliyində xəbər vermir və ya əksinə

Ağrı kəskin, xronik və proyeksion ola bilər.

Kəskin ağrı- yeni yaranmış və yerləşməsi asanlıqla təyin olunanağrıdır.

Xronik ağrı- 6 aydan çox davam edən və medikamentoz müalicəyə tabe olmayan ağrıdır.Xronik ağrı bəzən həmin ağrını yaradan səbəb müalicə olunduqdan sonra belə davam edir.

Bəzən ağrı patoloji dəyişiklik olan nahiyədən uzaqda müşahidə olunur, buna proyeksion ağrə və ya ağrının irradiasiyası deyilir. Belə hal ağrı siqnalının ötürülməsinə cavabdeh olan sinir strukturlarıqəcəqlanar və ya sıxılarsa yaranır və həmin sinirin innervasiyası nahiyəsində müşahidə olunur.

Bir sıra hallarda ağrı konkret bir xəstəliyin nəticəsi olmayıb, psixoloji problemlərlə bağlı yaranır. Məsələn, ipoxondriya və ya ipoxondrik nevroz zamanı diqqəti bütövlüklə öz səhhətinə yönəlmiş xəstə özündə hər hansı bir ciddi xəstəliyin olmasına inanır. Bu fikrin əsasında isə əslində xəstəlik simptomu olmayan bir neçə cüzi fiziki əlamət durur. Ağrı hissiyatı depressiyalar üçün də xarakterikdir.