• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Exinakok kistinin ləğvi


Exinakok kistinin ləğvi

Qaraciyər exinokoku parazitar bir xəstəlikdir, törədicisi eccinococcus granulosisdir. Bu parazit insanlara itlərdən keçir. Parazit itlərin nəcisi vasitəsilə ətraf mühitə yayılır. Nəcislə çirklənmiş sular, meyvələr təmiz yuyulmadıqda ondan istifadə edən insanlara keçir. Bu parazit insandan insana keçmir.

Qaraciyər exinokoku özünü hansı şikayətlərlə göstərir?

Qaracyər exinokoku çox zaman hər hansı bir sikayət yaratmır. Bəzi hallarda digər orqanların müayinəsi zamanı aşkar olunur. Parazit qaraciyərin içində yavaş-yavaş inkişaf edərək qaraciyərin böyüməsinə səbəb olur. Bu zaman sağ qabırğa altında ağrıların olması ola bilər. Bəzən olur ki, exinokok kistası öd yollarına təzyiq göstərərək sarılıqlada özünü göstərə bilər.

Qaraciyərin exinokokunda necə diaqnoz qoyulur?

Xəstəliyə aid şikayətlərin olması

Hansı ərazidə yaşamasına aid məlumatlar

Radioloji müayinələr

Serioloji testlər, molekuliyar üsullar

Qaraciyərin funksianal testlərindən transaminazalar, GGT və bilirubin səviyyələri yüksək çıxa bilər. Qaraciyərin exinokok kistası əgər öd yollarına təzyiq göstərərsə, və ya exinokok kistası öd yollarına açılarsa, bu zaman ALP, GGT amilazanın yuxarı olması və eozinofiliya ola bilər. Xəstələrin bəzisində hipergamaglobulinemiya digərlərində eozinifiliya olur. Qaraciyərin exinokok kistası diaqnozunun qoyulmasında USM, KT və ERCP müayinələri köməklik göstərir. Seroloji testlərdən isə ELİSA, Echinococ=İHA və Casoni-weinberg testləri istifadə olunur.

Qaraciyər exinokok kistası hansı ağrılaşmalara yol aça bilər?

Exinokok kistası deşilə bilər, bu zaman insanda anaflaktik şok müşahidə oluna bilər.

Ən cox görülən ağırlaşma exinokok kistasının öd yollarına acılması və təzyiq göstərməsi nəticəsində olan sariliq və digər ağırlaşmalardı.

Exinokok kistasının absesləşməsi ola bilər.

Bəzən exinokok kistası ağciyərə bronxlara açılara ağır fəsadlar yol açır.

Cox nadir hallarda exinokok kistasının damara açılması da müşahidə olunur ki bu da cox ağır fəsad olan anaflaktik şoka səbəb olur.

Qaraciyər exinokok kistası necə müalicə edilir?

Cərrahi müalicə – Bu xəstəliyin əsas müalicə üsuludur.

Perkutan drenaj

Dərman preparatlarından istifadə etməklə.