• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Xolesistoektamiya (öd daşı)


Xolesistoektamiya (öd daşı)

Xəstəxanamızda öd kisəsi əməliyyatı son texnolojiyaya məxsus alətlər və cihazlar vasitəsi ilə tətbiq edilən bir əməliyyatdır. Əməliyyat müddəti 45 dk ilə 1 saat arasındadır. Xəstə yalnız 1 gün xəstəxanamızda qalmaqdadır, ertəsi gün xəstəxanadan çıxa bilər.Xəstələr 1 gün ərzində gündəlik fəaliyyətlərinə davam edirlər.

Öd kisəsi, əsas öd kanalının yanında bir kisədir. Orta hesabla 7-10 sm uzunluğunda, 30-50 ml. öd yerləşəcək böyüklükdə bir orqandır.

ÖD KİSƏSİ DAŞLARI NECƏ YARANIR?

Öd kisəsi, mürəkkəb kimyəvi quruluşuğa sahibdir. İçində onlarca maddə var. Xüsusilə, xolesterin, lesitin və öd duzlarının müəyyən miqdarda olmalıdır ki içindəki bu kimyəvi maddə maye halında olsun. Əgər lesitin, xolesterin və öd duzları arasındakı nisbət dəyişərsə maye, bərk hala çevrilir. Normal öd yollarından axan öddə belə bir şey olmur çünki durğun bir quruluşuğu yoxdur. Lakin öd kisəsində göllənən öddə bu nisbət pozulduğu zaman xırda çöküntülər əmələ gəlməyə başlayır. Bunlar zaman keçdikcə böyüyür və daşları əmələ gətirir.

Öd daşlarının rastlanma tezliyi yaşla birlikdə artan öd kisəsi daşları, əksəriyyətlə qarın ağrısı, ürək bulanması və qusmaqla öz əlamətlərini bildirirlər.Öd kisəsi daşının yeganə müalicə üsulu daşın olduğu öd kisəsinin əməliyyatla çıxarılmasıdır.

ÖD KİSƏSİ DAŞININ ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Öd kisəsində yaranmış olan daşların bir hissəsi heç bir əlamət vermir. Əlamət verənlərdə ən mühüm işarə isə ağrıdır. Ağrı qarının sağ üst tərəfində, adətən şiddətli bir şəkildə bir neçə saat davam edir. Bəzən belə ağrı sağ çiyinə də vurur. Adətən ani başlayır. Yeməklərlə əlaqəsi vardır və tez-tez yemək yedikdən sonra ortaya çıxır. Tez-tez ürək bulanması və qusma olur. Bu şikayətlər öz özünə, ya da dərman müalicəsi ilə keçə bilər. Ağrı 24 saatı ötərsə tıxanmanın daimi olduğunu düşünmək lazımdır. Yəni əlamətlərdən biri, öd kisəsindəki daşın bir yeri tutaraq keçib getməsidir. Keçməyən ağrı, daşın öd kisəsinin giriş kanalını bağladığı anlamına gələ bilər. Daş, öd kisəsi kanalını tutarsa o zaman kəskin xolesistit xəstəliyi ortaya çıxır. Bu xəstəliyin % 95-i öd kisəsi daşına bağlıdır. Çox daha aşağı nisbətdə şişlərə də bağlı ola bilər. Bu xəstələr adətən keçici ağrıları olan xəstələrdir. Bu halda; Qarının sağ üst tərəfində, orta ya da daha şiddətli bir ağrı olur. Bu ağrı müayinələrdə də özünü birüzə verir. Bəzən ağrıdan əlavə xəstənin az temperaturası, iştahsızlığı,mədə bulanması və qusması olur.Xəstə hərəkət etdikcə Öd kisəsi daşı əmələ gəlməsinin qidalanma ilə ya da həyat tərzi ilə bir əlaqəsi varmı?

Yəqin ki, var. Amma bunun qarşısını alacaq konkret bir qidalanma təklifimiz yoxdur. Yəni bunu yesən onu yeməsən öd kisəsi daşı əmələ gəlməsinin qarşısını alarsınız deyə bilmirik. Birəbir səbəb nəticə əlaqəsi yoxdur amma genetik və metabolik müəyyən əlaqələr vardır. Məsələn, bəzi insanların xolesterini yüksəkdir. Xolesterinin yüksək olmasının səbəbi çox vaxt genetik quruluşuqdan gələn bir şeydir. Amma çəkisi çox olan insanlarda rastlanma ehtimalının daha yüksək olduğunu deyə bilərik. Eyni şəkildə həyat tərzi ilə də öd kisəsi daşı əmələ gəlməsinin bir əlaqəsi yoxdur. Xülasə olaraq öd kisəsi daşı əmələ gəlməsini xarici amillərlə qarşısını almağın da bir yolu yoxdur. Bunun da qarşısını almaq mümkün deyil.

BAŞQA ƏLAMƏTLƏRİ VARMIDIR?

Öd kisəsi daşının başqa bir əlaməti sarılıqdır. Öd kisəsi daşına bağlı olaraq görünən sarılıq, əsasən daşın öd kisəsindən düşüb əsas öd yolunu bağlamasına bağlı olaraq, qaraciyərdən çıxan öd bağırsağa çatmaması və qanda yığılıb qalması ilə əmələ gəlir. Bunu anlamaq çox çətin deyil diaqnozu asanlıqla qoyulur. Adətən ağrı da olur bu sarılıq növündə. Sarılıq, daşın o bölgəni bağlamasından bir neçə gün sonra ortaya çıxır.

Birdə öd kisəsində daşı olan insanların yeməklərlə əlaqəli səbəbi müəyyən edilməyən şikayətləri olur. Bu xəstələrdə; Qarında qaz, yeməkdən sonra narahatlıq, yüngül mədə bulanması,qarında şişlik kimi çox spesifik olmayan şikayətlər də tez tez eşidilir.

MÜALİCƏSİ

Öd kisəsi daşının yeganə müalicə üsulu daşın olduğu öd kisəsinin əməliyyatla çıxarılmasıdır. Keçmişdə dərimanla əridilməsi, böyrək daşlarına bənzər bir sıra alətlərlə daşların qırılması kimi üsullarla müalicə edilməsi yoxlanılmışdır. Amma bunların heç bir faydası olmamışdır. Çünki problem oradakı daşların məhv edilməsi deyil. Əgər əsas mexanizm aradan qaldırılmazsa daşlar yenidən yaranar. Məsələn, dərman müalicəsi ilə daşları əritmək olar ancaq bu əziyyətli bir yoldur- amma bir neçə həftə sonra eyni yerdə yenidən daş yaranır. Daşları sındırdığınız zaman da eyni şey olur. Hətta qırılan daşlar daha böyük problemlərə yol açdığı üçün artıq heçtətbiq olunmur. Onun üçün bu daşların əsas öd kanallarında deyil,öd kisəsində ortaya çıxdığını düşünsək müalicə, daşların əmələ gəldiyi yeri ortadan qaldırmaq olmalıdır. Əlavə bir problem varsa, məsələn, daş,əsas öd yolunun alt ucunu bağlayıbsa, o zaman təbii ki, əlavə başqa müalicələr də tətbiq etmək lazımdır.