• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Arterial hipertenziya, hipertoniya xəstəliyi


Arterial hipertenziya, hipertoniya xəstəliyi

Arterial hipertoniya arterial qan təzyiginin qalxmasına deyilir, və bir çox xəstəliklər zamani müşahudə olunur. Böyrək və böyrək damarları xəstəliklərində, endokrin sistemi xəstəliklərində, bəzi ürək qüsurlarında və s. Düzgün müalicə taktikası seçmək üçün, xəstəliyin səbəbi həkim tərəfindən araşdırılmalıdir--müalicə müxtəlif xəstəliklərdə fərqli olur.

Arterial təzyiq necə ölçülür? Xəstə stulda oturur, 5 dəqiqəlik istirahətdən sonra xəstənin bazu nahiyyəsinə manjet bağlanır. 3 dəfədən az olmayaraq hər iki qolda təzyiq ölçülür. Orta rəqəm hesablanıb qeyd olunur.

Sağlam insanlarda 20-40 yaş həddində arterial təzyiq təqribən 120/80 mm civə sütununa, 40-60 yaş həddində təqribən 140/90 mm civə sütununa, 60 yaşından yuxarı təqribən 160/90 mm civə sütununa bərabər olur. Arterial hipertoniya qadın və kişilərdə eyni dərəcədə təsadüf olunur, əksər hallarda 40 yaşdan sonra meydana gəlir, lakin son illər bu xəstəliyin də cavanlaşması müşahidə olunur.

Arterial hipertenziya 1-cili və 2-cili ola bilər.

I-cili hipertenziya hipertoniya xəstəliyi adlanır. Bu zaman qan təzyiginin qalxması müstəgildir, yəni heç bir başqa xəstəliklə əlaqədar olmur. Daimi deyil, arterial təzyiq gah qalxıb gah enə bilir.

Hipertoniya xəstəliyinin dəqiq yaranma səbəbini heç kim bilmir. Lakin hipertoniya xəstəliyinə meyllik yaradan faktorlar barədə çoxlu məlumat toplanıb:

Duzdan aşırı istifadə (duzun tərkibində olan natriumuma görə)

Ateroskleroz (bu iki xəstəlik sanki biri-birini gücləndirir, çox vaxt birgə təsadüf olunur)

Siqaret çəkmə

Spirtli içkilərdən aşırı istifadə

Bədən çəkisinin artması-piylənmə

Hipodinamiya (az hərəkətli həyat tərzi)

Stresslər

Hipertoniya xəstəliyinin müalicəsi insanda olan bütün risk faktorlarının korreksiyası ilə başlanmalıdır. Bəzən təkcə həyat tərzinin dəyişməsi və zərərli vərdişlərdən uzaqlaşma qan təzyigini xeyli aşağı salmağa imkan verir.

Məlumdur ki qan təzyigi ölçülərkən 2 parametr yoxlanılır-yuxarı (sistolik təzyig) və açağı (diastolik təzyig). Yuxarı (sistolik) təzyig daha çox ürək yığılmaları gücü ilə, aşağı (diastolik) təzyig isə damar tonusu ilə əlaqədardır. Ona görə də sistolik vəya diastolik təzyigin daha artıq qalxmasını nəzərə alaraq müalicə təyin olunmalıdır: I halda ürəyi bir qədər “tormozlamaq”, II də damarları genişləndirmək lazımdır.

Hipertoniya xəstəliyinin (xüsusilə aretosklerozla birgə) təhlükəsi nədədir? Hipertoniya xəstəliyi damarlarda daimi və güclü spazm əmələ gətirir,- beyin, ürək və böyrəklər kimi həyati vacib orqanlara kifayət gədər qan işləmir. Arteriyalarda çox güclü spazm zamanı, və ya damarlarda aterosklerotik daralmalar olduqda qan dövranının kəskin pozulması baş verə bilər. Insult və miakard infarktı məhz belə baş verir.

Əlamətlər:

Baş ağrısi-yüksək qan təzyiginin ən əsas təzahürü olub beyin damarlarının spazmı nəticəsində əmələ gəlir. Eyni zamanda başqa əlamətlər də yarana bilər: qulaqda küy, göz qabağında “nöqtələr-parıltılar”, görmənin dumanlanması, təngənəfəslik və sinədə ağrılar.

Hipertonik kriz.

Qan təzyiginin birdən və kəskin qalxması möhkəm baş ağrısı, qulaqda zingilti, urəkbulanma, qusma, gözün qaralması, görmə sahəsinin daralması ilə müşayət olunur. Bu zaman insanın əhval ruhiyyəsi dəyişir: əsəbilik, ağlağanliq, səbirsizlik yaranır. Qan təzyigi ölçüldükdə göstəricilər çox yüksək ola bilər. Hipertonik kriz adlanan bu vəziyyət ürək və beyin damarları tərəfindən ağır fəsadlar törədə bildiyi üçün təxirəsalınmaz yardım tələb edir. Xəstə həkim mütəxəssis nəzarəti altında olmalıdır.

2-cili hipertenziya 10% hallarda baş verir. Müəyyən bir xəstəliyin 1 simptomu ola bilər. Etioloji faktor müalicə olunandan sonra arterial təzyiq normaya düşür.

2-cili arterial hipertenziya aşağıdakı səbəblərdən ola bilər:

1. böyrək

a) parenximatoz

b) renovaskulyar

2. endokrin

3. hemodinamik

a) kardiovaskulyar,

b) mexaniki

4. neyrogen

5. digərləri.

Böyrək mənşəli hipertenziyaya aşağıdakı xəstəliklər səbəb ola bilər:

1) 1. Kəskin və xroniki qlomerulonefrit

2. Pielonefrit.

3. Böyrəklərin polikistozu.

4. Diabetik qlomeruloskleroz.

2) Endokrin mənşəli:

1. Feoxromositoma.

2. Uçenko-Kuşenko xəstəliyi.

3. Akromeqaliya.

3) Hemodinamik:

1. Mexaniki faktorun təsiri ilə hemodinamik dəyişiliklər baş verə bilər.

2. Aortanın aterosklerozu.

3. Aortanın klapan çatışmamazlığı.

4) Neyrogen mənşəli arterial hipertenziyaya baş-beynin ocaqlı xəstəliklərində təsadüf olunur.

Arterial hipertenziyadan əziyyət çəkən insanlar ilk növbədə tam nüayinə olunmalıdırlar. Vital klinikanın laboratoriyasında siz qanın, sidiyin ümumi analizlərini, hormonları, qanda xolesterinin miqdarını və bir çox başqa göstəriciləri təyin edə bilərsiz. USM kabinetində ürəyin EXO kardioqrafiyadan, böyrəklərin, qalxanvari vəzin və digər orqanların ultrasəs müayinəsindən keçə bilərsiz. Vital klinikanın əsas prinsiplərindən biri xəstə tam müayinə olunmadan müalicəyə başlamamaq (təxirəsalınmaz vəziyyətlərdən xaric) klinikamızın bir sıra üstünlüklərini təyin edir:

1.Xəstəliyin əsas səbəbini aşkarlayıb müalicəni əsasən ona yönəltmək

2. orqanizmdə ğizli gedən xəstəlikləti erkən dövrdə aşkarlamaq

3. müalicə təyinində digər orqan və sistemlərin vəziyyətini nəzərə almaq və onlada ziyan vurmamaq

4. kimyəvi dərman preparatları ilə yanaşı (xəstənin orqanizmi yol verirsə) ekstrakorporal (ozonoterapiya, plazmaferez, qanın ultrabənövşəyi şualarla şualandırılması) metodlardan, fizioterapevtik proseduralardan istifadə edərək kompleks maülicələr tətbiq etmək

VİTAL KLİNİKADA XƏSTƏLƏRƏ İNDİVİDUAL YANAŞMA, XƏSTƏLİYİ DEYİL XƏSTƏNİ MÜALİCƏ ETMƏ PRİNSİPLƏRİNƏ RİAYƏT OLUNUR.