• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Həkim Məsləhəti


Allergik xəstəliklər

“Allergiya” termini (yunanca “allas”-fərqli, “erqon”-təsir sözlərindən ibarətdir) ilk dəfə avstraliya pediatrı Klemens Fon Pirke tərəfindən təklif edilmişdir.

Allergiya - orqanizmin əvvəllər təmasda olduğu və sensibilizasiyaya səbəb olmuş müxtəlif maddələrə qarşı yüksək həssaslıqla xarakterizə olunan dəyişmiş reaktivliyidir. Allergiyanın əsasında orqanizmin antigen rolu oynayan hər hansı bir maddəyə immun cavabı - iltihab durur.

Əsasında toxumaların ekzogen allergenlərə qarşı immun cavabı nəticəsində zədələnməsi duran xəstəliklər allergik xəstəliklər qrupuna daxildir.

Allergik xəstəliklərin bir sıra növləri mövcuddur:

- respirator allerqozlar,

- dermatoallerqozlar,

- həzm traktı allerqozları,

- gözün allergik xəstəlikləri,

- generalizasiya olunmuş allergik sindromlar (anafilaktik şok, Layyel və Stivens-Cons sindromları, zərdab xəstəliyi və.s.)

Respirator allerqozlar - tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik zədələnməsi ilə xarakterizə olunan xəstəliklər qrupudur. Klinik formaları:

1. Yuxarı tənəffüs yolları allerqozları - allergik rinitlər, sinusitlər, tonzillit, faringit və laringitlər, traxeit və bronxitlər.

2. Bronxial astma.

3. Allergik pnevmaniya və alveolit.

Respirator allerqozların müalicəsi xəstənin allergen mənbəyindən uzaqlaşdırılıması ilə başlanır. Antilustamin preparatları təyin olunur (peros, parenterol və ya yerli). Damardaraldıcılar, bəlğəmgətiricilər, göstəriş olarsa, qlükokortikoidlər təyin olunur.

Fizioterapevtik prosseduraların müsbət effekti olur. Allergeni təyin etmək mümkün olursa, spesifik desensibilizasiyaedici müalicə aparılır.

Allergeni təyin etmək mümükün olmadıqda qeyri-spesifik desensibilizasiyaedici müalicə (histqlobulin, histamin) təyin olunur.

Qida allergiyası - müxtəlif qida maddələrinə qarşı allergik reaksiyanın yaranmasıdır. Qida allergiyası dəri-respirator və dəri-instenstinol sindromlarla təzahür edə bilir.

Müalicəsi: Allergiyaya səbəb olmuş və ola bilən qidaların qəbulunun dayandırılması, mədə turşuluğunu artıran və ödqovucu preparatların təyini, işlədicilərin təyini, mədənin yuyulması, təmizləyici imalə. Antihistamin preparataların təyini. Ağır hallarda - qlükokortikoidlərin təyini. Qeyri-spesifik desensibilizasiyaedici terapiya(histoqlobulin). Plazmaferez, qanın ultrabənövşəyi şualarla şualandırılması prosedurları allergik xəstəliklər zamanı müsbət nəticə verir.

Dərinin allergik xəstəliklərinə dermatit, ekzema, neyrodermit aiddir. Dermatoallerqozların müalicəsi digər allergik xəstəliklərin müalicə taktikasındakı prinsiplər əsasında aparılır.