Psixoanaliz



Psixoanaliz- psixoloqiyanın XIX əsrin axırlarında Avsriyali psixiatr və psixoloq Ziqmund Freyd tərəfindən yaradılmış mühüm bir istiqamətidir.
Öncə psixoanaliz isterik nevrozların öyrənilməsi və müalicəsi metodu kimi yaranmışdır. Psixoterapevtik praktikanın nəticələrinin, həmçinin normal psixi həyatın müxtəlif hadisələri- yuxugörmənin, dil çaşmalarının, yanlış hərəkətlərin, zarafatların analizi- Freyd tərəfindən ümumi psixoloji mexanizmlərin fəaliyyətinin nəticəsi kimi şərh edilmişdir.
Psixoanaliz nəzəriyyəsinin əsas müddəalarından biri psixikanı şüurlu və şüursuz hissələrə ayirmasıdır. İnsanın bildiyi, bu dəgigə dərk etdiyi hər bir şey şuurlu hesab olunur. Unutduğu, tam dərk etmədiyi və ya dərk etmək sərf etmədiyi üçün şuurundan kənarda qalan bütün başqa şeylər isə onun şuursuz sferasını təşkil edir.

İnsanın təfəkkürünü, hislərini və davranışını-- kökü uşaqlıq dövrünün psixotravmatik təəssüratlarına gedən və ya cəmiyyətdə mövcud olan əxlaq və mədəni normalarla toqquşan şüuraltı istəklər təyin edir. Beləliklə daxili psixoloji konfliktlər yaranır. Bu konfliktlərin həll edilməsi şüurdan pis, lakin təbii instinktlərin və arzuların kənarlaşdırılması ilə yerinə yetirilir. Ећüurdan kənarlaşdırılmış bu istək və arzular izsiz keçmir. Onlar insan psixikasının dərinliyinə keçir, əvvəl-axır gərginlik yaradaraq özünü hər hansı bir formada biruzə verir.

PSİXOANALİZ NƏDİR?
Birinci növbədə psixoanaliz -müalicə metodudur, indiki dövrdə demək olar ki, bütün psixoanalitiklər-həkimlərdir. Psixoanalitik çalışır ki, xəstənin simptomlarını aradan qaldırsın- onu lazımsız şübhələrdən, əsassız günah hissindən, öz-özünü günahlandırmaq kimi əzabverici emosiyalardan, yanlış mülahizələrdən və səbəbsiz həyəcanlanmalardan azad etsin. Bundan başqa pcixoanalitik öz qarşısına məqsəd qoymalıdır ki, xəstəni sakitləşdirməklə yanaşı, onun şəxsiyyətini təhlil etsin. Psixoanalitik terapiyanın əsas məqsədlərdən biri də insanın özünü tam dərk etməsidir. İnsan yalnöz nə istədiyini, nədən qorxduğunu, nəyə qarşı biganə olduğunu biləndən, yəni özü-özü ilə tam səmimi olmağı öyrəndikdən sonra xoşbəxt ola bilər. Məhz buna psixoalitik terapiya nail olmağa çalışır. Lakin psixoanalitik -yalnız rəhbər və müşahidəçidir, sonda bütün prosesin nəticəsinə cavabdeh pasientdir.

İkinci-psixoanaliz ümumiyyətlə insanın, xüsusən istəklərin, impulsların, motivlərin, yuxugörmələrin, fantaziyaların, şəxsiyyətin erkən inkişafının, emosional dəyişikliklərinin elmi müşahidəsi və tədqiqi metodudur.

Üçüncü-psixoanaliz elmi psixologiyanın bir sistemidir, yəni insan davranışı və evlilik, valideynlərlə uşaqlar arasındakı əlaqələr kimi insani münasibətlərin nəticəsini proqnozlaşdırmaqda psixoanalizdən istifadə etmək olar.



PSİXOANALİZ NECƏ APARILIR?
Psixoanaliz prosesi şəxsiyyətin öyrənilməsi, tətqiqi və yenidən qurulmasından ibarətdir: bu ona görə edilir ki, fərd öz gərginliyini onu çıxartmaq vaxtı gələnə qədər çətinlik çəkmədən saxlaya bilsin. Gərginliyə səbəb olan şüuraltı fikri şüurlu etmək və lazımsız gərginliyi nəzarət altına almaq vacibdir. Psixoanaliz uzun müddət bəzən illərlə davam edən bir prosesdir. Psixoanalitik ilə pasient həftədə 2-3 dəfə, 1saat davam edən seanslarda görüşür. Ənənəvi psixoanaliz seansı zamanı xəstə kuşetkada uzandırılır, analitik isə görmə sahəsində olmamaq üçün onun baş tərəfində oturur. Bu zaman xəstənin psixikası yayınmadan işləyə bilir. Bu metod həkimi də artıq gərginlikdən azad edir, həkim xəstənin danışıqları üzərində fikrini daha yaxşı cəmləşdirə bilir. Analitikin əsas vəzifəsi pasienti diqqətlə dinləmək, lazım olanda onu istiqamətləndirmək, problemləri müzakirə etmək, yaranmış suallara cavab verməkdi. Psixoanalizdin bir metodu da sərbəst assosiasiya metodudur. Bu o deməkdir ki, fikirlər, ideyalar cərbəst, qarşısı alınmadan senzurasız ifadə olunur. Pasient ağlına gələn hər bir şeyi düşünmədən, utanmadan danışmalıdır. Sərbəst asossasiya (şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə) vəziyyətində xəstənin psixikası adətən arzularla, hislərlə, xatirələrlə, fantaziyalarla, mülahizələrlə və yeni baxış nöqtələri ilə dolur, bütün bunlar ilk baxışda tam qarışıq şəkildə olur. Lakin qarışıqlığa və dalğınlığa baxmayaraq, hər bir fikrin və hər bir jestin müəyyən gərginliklə əlaqəli mənası var. Saatlar və günlər keçdikcə qarışıq hörümçək toruna bənzər fikirlərdən məna və əlaqə yaranmağa başlayır. Uzun müddət ərzində tədricən bəzi mərkəzi mövzular yaranır. Bunlar xəstənin şəxsiyyətinin əsas strukturunu təşkil edən və onun bütün simptomlarının, assossasiyasının mənbəyi olan, çoxdan şüuraltında saxlanılmış və şəxs tərəfindən dərk oluna dilməyən, erkən uşaqlıq dövründən təmin olunmamış qalan tələbatlar və hisslərə aid olan mövzulardır.

Psixoanalitik terapiya davam etdikcə bir müddətdən sonra axtarım- transfer fenomeni meydana çıxır. Bu nə deməkdir? Pasient kökü erkən uşaqlıq dövrünə aid olan, öz həll olunmamış emosianal problemlərini analitikin şəxsiyyətinə yönəldir. Bu zaman pasientdə analitikə qarşı sevgi, nifrət və s. bu kimi güclü hisslər yarana bilər. Analitik bu hisslərin transfer olduğunu pasientə izah etməli, və birgə müzakirə etməklə suursuz sferadan informasiyaların suura keçməsinəvə beləliklə daxili konfliktlərin həll olmasına şətait yaratmalıdır.

Analitikin xəstəyə münasibəti ciddi şəkildə tam neytral olmalıdır. Analitikin əsas işi xəstə özünü hər dəfə aldatdıqda ona bunu söyləməkdir. Ona görə həkim həmişə özünətənqidi mövqeyini qorumalıdır, xəstəyə qarşı olan rəğbət və ya qəzəb kimi hisslərini aşkarlamamağa çalışmalıdır. Г‡ünkü bunlar xəstəyə, həkimi və özünü aldatmaq imkanı verə bilər. Analitikdə xəstəyə qarşı arzuolunmayan emosional münasibətlərin yaranmasına qarşıaxtarım (kontrtransfer) deyilir. Lakin psixoanalitik nəzəriyyə inkişaf etdikcə kontrtransferdən də istifadə olunmağa başlandı. Yəni psixoanalitik özündə pasientə qarşi yaranmış emosiyalarını analiz edərək həm pasienti daha yaxşı anlayır, onun əhatəsində olan insanlarla münasıbətini daha yaxşı dərk edir, və bütün bunları pasientlə müzakirə etmək imkanı əldə edir.

Bəzən belə sual yaranır. Psixoanaliz kiməsə zərər verə bilərmi? Ən böyük təhlükə -psixozun sərhəddində olan xəstənin, onun həqiqi vəziyyəti haqqında məlumatı olmayan analitik tərəfindən müalicəsidir. Analitik həmçinin nevrozları beynin digər xəstəliklərindən və hormonal dəyişikliklərdən fərqləndirilməsində ehtiyyatlı olmalıdır.

E.Bernın Psixiatriya və psixoanalizlə tanış olmayanlar üçün psixiatriya və psixoanalizə giriş kitabının materialları əsasında yazılmışdır.
PSİXOTERAPEVT M. RZAYEVA


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.