Mizofobiya



Mizofobiya obessiv- kompulsiv (sayrışan hallar nevrozu )adlanan nevrozun bir növüdür. Mizofobiya zamanı insan daima çirkli əşyalardan, yerlərdən qorxur, qaçır. Belə insanlara bəzən vasvası, titiz deyirlər. Onlar saatlarla əllərini yuyur, çimir, evlərində hər şeyi dezinfeksiya etməyə çalışır. Г‡ox vaxt əllərini sabunla o qədər yuyurlar ki, əllərində yaralar əmələ gəlir. Bu insanlarla yaşayanlar da əziyyət çəkir çünki, xəstə onları da güdür. Əllərini hara vurduqlarına, necə yuduqlarına, onun əşyalarına toxunub toxunmadıqlarına fikir verir.

Xəstəliyin səbəblərini araşdırsaq görərik ki, adətən bu insanlar evvəldən çox təmizkar, vasvası olublar. Lakin hər hansı bir situasiyadan sonra bu təmizkarlıq min qat artaraq patoloji formaya xəstəliyə çevrilir.

Mizofobiya zamanı müəyyən rituallar da formalaşa bilər. Məsələn xəstə hər dəfə əlini yuduqda əlini 10 dəfə sabunlayır, paltarları xüsusi qaydada və ardıcıllıqla yuyub təmizləyir. Əgər nədənsə bu ardıcıllıq pozularsa və ya sayanda çaşarsa hər şeyi yenidən başlamalı olur.

MÜALİCƏ:Mizofobiya müalicəyə çətin tabe olan nevrozlara aiddir. Burada koqnetiv davranış psixoterapiya, rosional psixoterapiya uzun müddət aparılmalıdır. Ağır hallarda dərman müalicəsin də təyin olunmalıdır. Əsasən antidepressantlar, sakitləsdirici dərmanlar təyin olunur. Ailədə kimsə mizofobiya keçirirsə digər ailə üzvləri onu dəstəkləməli və kömək etməlidirlər. Ən azından onu günahlandırmamalıdırlar.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437 52 20. 050 377 44 44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.