Panik atak

Panik atak 

 


Panik atak – ağır təşviş tutmasıdır. Təşviş kontrolsuz və səbəbsiz olur. Pasiyent tərəfindən bu halın izahı belə çətindir. P.A.zamanı insan eyni zamanda qorxu ,panika,təşviş və daxili gərginlik hissləri keçirdir .Üstəgəl aşağıda qeyd olunan on punktdan azı 4-ü :

1)Ürəkdöyünmə

2)Tərləmə

3)Daxili əsmə

4)Hava çatmamazlığı

5)Boğulma

6)Ürəkbulanma

7)Başgicəllənmə

8)Ölüm qorxusu

9)Ağlını itirmə qorxusu

10)Fikir qarışıqlığı

 

P.A. ümumi insan kütləsi sırasında 5% insanda rast gəlinir,əsas da 20-30 yaşlı insanları əhatə edir.Qadınlarda kişilərə nisbətdə P.A. daha tez təsadüf edir. P.A.zamanı başverən tutmada qanda çox miqdarda adrenalin hormonu ifraz olunur və nəticədə adi halda qorxu faktoru ilə rastlaşdıqda meydana çıxan simptomlar səbəbsiz yerə baş qaldırır.Qısa desək,P.A. –qorxuya qarşı olan reaksıyalar zəncirində bir "qəzadı”. Bütün bu ağriları yaşayan pasiyentlər çox zaman psixiatr müayinəsindən belə imtina edirlər,nəinki müalicədən. Səhfən elə zənn edərək ki bu dərdin çarəsi yoxdur.Lakin ,bu əsla helə deyil!P.A.müalicə olunur və olunmalıdır.Əks halda tutmaların gün ərzində sayı çoxalar, tutma zamanı keçirilən üzücü hisslərin spektoru genişlənər.


 

Əlaqə nömrələri:         (012) 440 03 33;

                              (012) 449 99 99;

                              (050) 285 95 31

                              (050) 312 23 12(telefon və whatsapp)


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.