• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Laparoskopik appendektomiya


Laparoskopik appendektomiya

Laparoskopik appendektomiya appendiksin (kor bağırsağın soxulcanabənzər çıxıntısı) iltihabı zamanı (appendisit) çıxarılması ilə nəticələnən minimal invaziv əməliyyatdır. Manipulyasiya əhəmiyyətli qan itkisi və xəstənin bədəninə kobud müdaxilə olmadan, qarın divarında açılan üç kiçik dəlik vasitəsilə həyata keçirilir. Vital Hospital Cərrahiyyə Mərkəzində laparoskopik appendektomiya əməliyyatı laparoskopik avadanlıqlardan istifadənin müasir üsullarını bilən, bilik və bacarıqlarını daim təkmilləşdirən təcrübəli həkimlər tərəfindən həyata keçirilir.

Əməliyyat zamanı soxulcanabənzər çıxıntı tapılır (yeri sabit deyil), o, iltihablaşmış toxumalardan diqqətlə təcrid olunur, dibindən bağlanır və kəsilir. Appendiksdən infeksiyanın yaraya keçməməsi üçün o, xüsusi cihazlardan istifadə etməklə qarın divarındakı kəsiklərdən birindən çıxarılır. Əməliyyat orta hesabla 30 dəqiqə davam edir. Bu, kəskin appendisitin ağırlaşmamış formaları zamanı əməliyyatın gedişidir.

Ancaq bəzən əməliyyat fərqli olur. Apendisit müəyyən hallarda peritonitin inkişafı (appendiks ətrafındakı toxumanın iltihabı və qarın boşluğunda infeksiyalaşmış mayenin yaranması) ilə ağırlaşa bilər, bununla əlaqədar olaraq əməliyyat qarın boşluğundan mayenin çıxarılması, iltihab sahələrinin antiseptiklərlə yuyulması, appendiksin götürülməsi və qarın boşluğuna drenaj qoyulmasi ilə nəticələnir .