Hidrokolonoterapiya

Yoğun bağırsağın sanasiyasını əldə saxlayan şəxs uzunömürlülüyü əldə saxlamış olur.
Nobel mükafatı laureatı İ.İ.Meçnikov.

Hidrokolonoterapiya bağırsağın funksional vəziyyətində heç bir dəyişiklik yaratmayan təbii bir proseduradır.
Sağlam bağırsaq sağlamlığın vacib şərtlərindən biridir. Bu günkü qida məhsullarının tərkibində konservantların miqdarının çox, təbii bitki liflərinin az olması, qidanın ümumilikdə keyfiyyətinin aşağı olması bağırsağın normal mikroflorasının pozulmasına, nəcis kütlələrinin bağırsağda ləngiməsinə ( 5 kq-dan 25 kq-dək ), parazitlərin inkişafına, bağırsaqda şlakların toplanmasına səbəb olur.

Yoğun bağırsağın fəaliyyətinin pozulması ateroskleroz, hipertoniya xəstəliyi, şəkərli diabet, depressiyalar, immunitet pozğunluqları , onkoloji xəstəliklər, qəbizlik, bədən çəkisini artması, maddələr mübadiləsi pozğunluqları, allergik xəstəliklər, xronik yorğunluq sindromu və s. pataloji hallara səbəb ola bilir.

Hidrokolonoterapiya vasitəsilə yoğun bağırsağın bütün şöbələrini, 7-8 proseduradan ibarət kursun köməyi ilə tam təmizləmək olur. Bu üsul tamamilə təhlükəsiz olmaqla bərabər, olduqca effektivdir.
Hidrokolonoterapiya ilk dəfə ABЕћ- da 1920 - 1930 cu illərdə tətbiq olunmağa başlamışdır; hal - hazırda isə yeni nəsil aparatların tətbiqi hidrokolonoterapiyanı daha effektiv və tam təhlükəsiz etmişdir.

Yoğun bağırsağın hidrokolonoterapiya aparatı vasitəsilə yuyulması orqanizmin ümumilikdə sağlamlaşmasına yol açır.
Düzqün fəaliyyət göstərməyən yoğun bağırsaqda sağlamlığa ciddi zərər verə bilən toksinlər yaranır, toksinlər qan dövranı ilə bütün orqanizmə yayılaraq maddələr mübadiləsini pozur, qaraciyər, ağciyər, böyrəklər kimi həyatı vacib orqanların normal fəaliyyətinə mane olur.

Hidrokolonoterapiyaya göstərişlər:
-xronik qəbizlik
-diareya
-yoğun bağırsaq diskineziyası
-piylənmə, artıq çəki, çoxyemə
-kəskinləşməmiş babasıl
-bağırsaq toksikozu
-vaqinitlər, uşaqlıq boynu eroziyası
-ümmun sistem pozğunluqları əlamətləri (tez - tez baş verən kəskin respirator xəstəliklər, qeyri - müəyyən etiologiyalı dermatitlərin olması və s.)
-alkaqol və narkotik intoksikasiya, kimyəvi maddələrlə zəhərlənmələr, radionuklidlərin təsirinə məruz qalma;
-dəri xəstəlikləri
-sızanaqlar
-baş ağrıları
-radikulitlər
-zəiflik
-bədəndə pis qoxu
-dəri xəstəlikləri
-metiorizm
-tənəffüs pozğunluqları
-iş görmə qabiliyyətinin azalması
-prostatitlər və prostat vəzi adenoması
-allergik xəstəliklər

Bağırsağın təmizlənməsi adətən 7-8 proseduradan ibarət olur.Prosedura zamanı tibb bacısı pasiyentin yanında olur və qarın divarının massaji vasitəsilə bağırsaq divarının şlaklardan təmizlənməsini stimullaşdırır. Kursdan sonra xəstəyə bağırsağın mikroflorasını normallaşdıran preparatlar ( Bifidum - baktrin ) verilir; bu, hidrokolonotrapiyanın daha da effektiv olmasına kömək edir.

Bəzən ilk proseduradan sonra çox miqdarda şlakların xaric olması insanda zəiflik hissi yarada bilər; bu hal bir neçə dəqiqə ərzində keçib gedir.Prosedura zamamı xəstəyə müvafiq geyim verilir; bu xəstənin özünü rahat hiss etməsinə kömək edir.

Əks göstərişlər:
-bağirsağın deşilməsi
-kəskin babasıl
-qeyri -spesifik xoralı kolit
-kron xəstəliyi
-bağırsaq şişləri
-bağırsaqda az müddət öncə keçirilmiş cərrahi əməliyyatlar
-qasıq və qarın yırtıqları
-ağır formada ürək- damar xəstəlikləri
-hamiləlik
-nəzarətdə saxlanıla bilməyən arterial hipertenziya

Hidrokolonoterapiya tam təhlükəsiz bir üsuldur; bu üsul ilə müalicə almış bir çox insanlar onun müsbət təsirini aydın hiss etmiş olurlar. Prosedura zamanı yalnız yoğum bağırsaq təmizlənir; nazik bağırsağın təmizlənməsi isə yalnız işlədici preparatların köməyi ilə mümkündür.

Proseduradan öncə həkimlə məsləhətləşmək vacibdir; bele ki, bəzi hallarda ( kəskin babasil, şişlər, xoralı kolit və s. ) hidrokolonoterapiya aparılmasına əks göstəriş ola bilir.

Hidrokolonoterapiya seansı.
Adeten 20 dəq çəkir. Proseduradan 2 - 3 saat öncə qida qəbul edilməməlidir. Prosedura aybaşı olarkən aparıla bilər. Proseduradan sonra xəstə yüngül zəiflik və ürəkbulanması hiss edə bilər; bu, adətən heç bir müalicə olmadan keçir bəzən qarnın ön divarına qrelka qoyub uzanmaq olar.
Prosedura zamanı bağırsağıin normal mikroflarası yuyulmur, lakin bifidumbaktrin və ya laktobaktnk kimi preparatların proseduradan sonra qəbulu hidrokolonoterapiyanın effektini artırır.
Proseduradan dərhal sonra işə davam etmək olar.

1kurs orta hesabla 6 - 7 proseduradan ibarət olur.
Hidrikolonoterapiya kursundan sonra əhval ruhiyyənin yüksəlməsi, yüngüllük və gümrahlıq hissi, dərinin rənginin yaxşilaşması və s. müsbət dəyişikliklər bu proseduru hamı üçün faydalı və cəlb edici edir.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.