Akapunktura

Akapunktura- ənənəvi Г‡in təbabətinin bir qolu olub, müalicə məqsədi ilə bədənin xüsusi nöqtələrinə, xüsusi iynələrin batırılması ilə həyata keçirilir.
Belə bir rəvayət var. Qədim zamanlarda bir Г‡in sərkərdəsinin önəmli bir döyüş ərəfəsində belindən güclü ağrı tutur. Ağrıya baxmayaraq o doyüşdə iştirak edir. Döyüş zamanı onun kürəyinə ox batır, və o ağrının yox olduğunu hiss edir. Döyüşdən bir neçə gün sonra, həmin sərkərdə beli ağriyan bir insanın kürəyinə həmən yerə ox batırır, və nəticə eyni olur, yəni ağrı dayanır. Deyirlər ki, iynəbatırma ilə müalicə ənənəsi (akupunktura) o vaxtlardan başlanmış.

Bir müalicə üsulu kimi akupunktura yüzilliklərlə inkişaf edib. Yalnız 1951 ci ildə Г‡ində (Pekin şəhərində) akupunktura metodları üzrə Eksperimental İnstitut yaradıldı, 1955-ci ildə isə Elmi Tətqiqat İnstitutuna çevrildi. Təxminən elə həmin vaxtlardan akupunktura, bütün dünyada əlavə müalicə metodu kimi geniş miqlasda istifadə olunmağa başlandı.

Bir maraqli faktı da qeyd etmək istərdik ki,1991 ci ildə Avropada təxminən 5300 il əvvəl yaşamış, buzun içində mumiyalaşmış insan bədəni tapılmışdır (Eti-buz adamı). Bu insanın bədənində iynəbatırma nöqtələrinə uyğun yerləşən 15 qrup tatuaj aşkar olunmuşdur.

Hal hazırda Г‡ində, Yaponiyada, Koreyada akupunktura xroniki xəstəliklərin müalicəsində tətbiq olunur. Bu ölkələrdə akupunktura sakitləşdirici və tonuslandırıcı metod kimi də geniş istifadə olunur. Həmçinin cərrahiyyədə və tibbin digər sahələrində iynəbatırmadan istifadə edirlər.

Alman həkinləri iynəbatırmanı baş, bel ağrıları, miqrenin müalicəsi, anesteziya zamanı tətbiq edirlər.

Hər bir insanın bədənində 650 nöqtə mövcuddur ki, bunlara təsir edərək müxtəlif xəstəlikləri müalicə etmək, orqanizmin ümumi vəziyyətini, həyat enerjisini tənzimləmək mümkündür.

İynəbatırma seans: Mütəxəssis problemdən asılı olaraq iynələri lazım olan nöqtələrə, lazım olan dərinliyə batırır. İnsan bu zaman cuzi və qısamüddətli ağrı hiss edə bilər. Seans zamanı 6-12 iynə (iynələr individualdır) istifadə olunur. Bütün iynələr yerləşdirildikdən sonra həkim müalicəvi təsiri gücləndirmək üçün onları tərpətməyə və çevirməyə başlayır.

İynəbatırna seansından sonra orqanizmdə endorfinlər (eyforiyaedici və ağrıkəsici təsirə malik endogen maddə) əmələ gəlməyə başlayır, düzgün aparılmış proseduradan sonra hətta anesteziyasız cərrahi əməliyyat da etmək mümkündür.

İynəbatırma- akupunktura seansından sonra siz özünü elə gumrah, sağlam və güclü hiss edəcəksiniz ki, sanki dünyaya yenidən gəlmisimiz.

Bizim bədənimiz onsuzda kifayət qədər kimyəvi zərərli maddələrlən ziyan çəkir: ilk növbədə kənd təsərrüfatı və heyvandarlıqda zərərli kimyəvi maddələrin istifadə olunduğuna görə. Bütün bu amillər insanlarda ciddi xəstəliklərə, allergiyalara səbəb olur. Buna görə də kimyəvi dərmanlarla yanaşı, bəzən isə onların əvəzinə alternativ tibbi metodlardan istifadə etməkdən qorxmayın. Bir də unutmayın müalicə yalnız həkim tərəfindən təyin olunmalıdır!!! Müsbət təsir isə həkimin peşəkarlığından asılıdır!!!

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.