• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Hamilə qadınlar üçün gimnastik hərəkətlər

Hamiləlik zamanı idman

İdman məşğələləri mözüzələr yaradır:əhval-ruhiyyəni qaldırır,deppresiyadan çıxarır,bədəni gözəl və elastik edir.Hətda əgər hamiləliyə qədər siz hec ç vaxt idmanla məşğul olmağa vaxt və güc tapmamısızsa, indi hamilə olandan sonra buna imkan tapin.Yaxşı olar ki, idman sizin üçün təkcə vəzifə yox həmdə sevinc mənbəyi olsun və ləzzət mənbəyi olsun.

Hamilələrə idman nəyə görə vacibdir?

Doğuş prosesində iştirak edən əzələləri möhkəmləndirir və məşq edir.

Beldə ağrıların,qəbizliyin, ayaq şişlərinin aradan qaldırılmasına kömək edir.

Əhval-ruhiyyəni qaldırır,enerjini artırır.

Yuxunu yaxşılaşdırır,tez yorulnmanı azaldır.

Hamiləliklə əlaqədar diskonfortu azaldır.

Hamiləlik zamanı 3qrup əzələ məşq olunmalıdır-kürək,çanaq,qarın.Qarın əzələləri böyüyən körpə və uşaqlığın saxlanılmasına ,bundan başqa doğuş zamanı gücverməni təmin edir.Bəzən qadınlarda doğuşdan sonra sidik saxlaya bilməmə kimi problemdə yarana bilir.Hamiləlik zamanı əzələlərin məşqi bu problemin qarşısını alır.Kürək əzzlələrinin məşqi bel ağrılarınin qarşısını alır,qaməti yaxşılaşdırır.

İdman ana və körpə üçün doğuşu daha rahat keçirməsi üçün doğuş zamanı düzgün nəfəs almağa kömək edən diafroqmal hərəkəti məşq və inkişaf etdirir.

Razı olun ki bütün bunlara görə hamiləılik zamanı idmana vaxt ayırmağa dəyər.

Hamilələr üçün idman nə ilə fərqlənir?Yuxarıda göstərilən nəticələri almaq üçün hamilələr üçün xüsusi idman hərəkətləri hazırlanır.Bundan əlavə hamiləliyin dövründən asılı olaraq müxtəlif əzələ qruplarınin hazırlanması irəli çəkilir həm də,orqanizmdə baş verən dəyişikliklər də,öz tələblərini irəli sürür.İlk 3ayda tənəffüs gimnastika və relaksasiya texnikalarını öyrənmək məsləhətdir.Bu dövür qarın balaca olsa da, hamiləliyin pozulma təhlükələri ilə müşaət olunur.Ona görə fiziki hərkətlərdə ehtiyyatlı olmaq lazımdır.İkinci üc aylıqda qarın presi və çanaq əzələləri möhkəmlənməlidir,son üç aylıqda isə venoz durğunluğun aradan qaldırılması oynaqların hərəkətliliyinin artması,bağırsaq funksiyalarının stimulyasiyaysı məqsədi qoyulmalıdır.Hamilələr idmanla məşğul olmazdan əvvəkl mütləq həkimləri ilə məsləhətləşməli və yaxşı olar ki bu sahədə təcrübəli instruktur ilə məşğul olmalıdırlar.

Hamiləliyin bütün dövürlərində faydalı olan iki hərəkəti misal üçün sizə təsvir edək.

1.Kegel hərəkəti.Bu idmanı oturaq,uzanmış,hətda ayaq üstü və müxtəlifvəziyyətlərdə etmək olur.Kiçik çanaq və doğuş yollarının əzələləri gərginləşdirilir və bozaldılır.Bu əzələlər doğuşda iştirak etdiyi üçün doğuş yollatrının daha güclü və elastik olmasını təmin edir.Aralıq əzələlərini yığıb yuxarı içəri dartın,bu vəziyyətdə tənəffüzü saxlamadan 10saniyə qalın sonra əzlələri yavaş yavaş boşaldın,Gündə 2-3dəfə hər dəfə 5-10dəfə təkrarlayın.

2 “Pişik” hərəkəti-Qarın əzələlərini möhkəmləndirir onurğaya yükü azaldır.Dizüstə dayanıb iki əlinizidə yerə qoyun.Nəfəsvermədə kürəyinizi aşağı əyin,(beli çox əyməmək şərti ilə)sonra ilkin vəziyyətə qayıdıb başınızı aşağı salın,belinizi yuxarı qaldırın və qarnızını biraz yuxarı qaldırın.

Vital analar məktəbində hamiləliyin bütün dövrlərində hamilə qadınılarla idman hərəkətləri edir

Bir daha öncədən həkiminizlə məsləhətləçin!