• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Göbəy Ciyəsi

GÖBƏK CİYƏSİNİN DÖLÜN BOYNUNA DOLANMA SƏBƏBLƏRİ:

1. Hamiləlik zamanı ana qorxu, stress keçirərsə döl də həmin həyəcanı yaşayır, bətndaxilində hərəkəti sürətlənir, belə vəziyyətdə göbək ciyəsinin dölün boynuna dolanması baş verir. Bu vəziyyət davam edərsə göbək ciyəsinin təkrar olaraq dölün boynuna dolanması baş verir. Bu isə uşağın bətndaxilində boğulmasına səbəb olur. Hətta qarşısı alınmazsa bətndaxili tələf olmasına gətirib çıxara bilər.

Əziz xanımlar, körpənizin sağlamlığı naminə stressdən uzaq olun!

2. Qadın hamiləlik zamanı qrip, angina keçirərsə və qanda başqa infeksiyaları (toksoplazma, rubella, brüselyoz, xlamidiya, sifilis, sitomeqalovirus, hepatit, herpes və s.) olarsa, döl bətndaxilində infeksiyaya yoluxur, qanla dölə gedən oksigenin miqdarı azalır və oksigen çatışmamazlığı dölun boğulmasına səbəb olur. Bu, bətndaxilində dölün nizamsız hərəkətinə səbəb olur. Qadın dölün sürətli tərpənişini hiss edir, lakin bunu normal hal kimi qəbul edir. O səbəbdən də həkimə müraciət etmir. Bu da uşağın ana bətnində hipoksiyasina (oksigen çatışmamazlığına) səbəb olur. Nəticədə döl mekoni (nəcis) iftaz edərək, dölyanı mayeni bulandırır. Belə mühitdə dölün normal inkişafı mümkün olmur. İnkişafdan qalma müalicə olunub dölün hipoksiyasının qarşısı alınmazsa, dölün inkişafı dayana bilər.

Hamiləliyin 32 həftəsində göbək ciyəsi dolanması:

Hamilə qadınların əksəriyyəti üçün göbək ciyəsinin dolanması dəhşətli bir cümlə kimi səslənir. Əslində isə hər şey o qədər də pis deyil. Əlbəttə, bu vəziyyətin özünə görə xüsusiyyətləri və təhlükəsi də var, xoşbəxtlikdən bu diaqnozla olan hamilələrin bir çoxu hamiləliyi yaxşı başa vurur.

Göbək ciyəsi 3 böyük damardan ibarətdir, xaricdən birləşdirici toxuma qabığı ilə örtülmüş və damarlar arasında gelə bənzər maddə yerləşir, hansı ki, onları əzilməkdən qoruyur.

Körpə anadan göbək damarı vasitəsilə oksigenlə zəngin qan alır və göbək arteriyası vasitəsilə mübadilə məhsulları ananın orqanizminə qayıdır.

Göbək ciyəsinin bənzərsiz qurluşu, onun ağır yüklər – burulma, dartılma kimi hallara kifayət qədər dözümlü olmasına imkan verir.

Ğöbək ciyəsinin normada uzunluğu 55-70 sm arası sayılır, 55 sm-dən aşağı olduqda qısa, 70sm-dən yuxarı olduqda isə daha uzun sayılr.

Çox qısa olan göbək ciyəsi körpə üçün çox təhlükəlidir, çünki onun uzunluğu körpənin doğulması üçün kifayət deyil. Bu halda, göbək ciyəsinin travması, plasenta qopması baş verə bilər, hansı ki kəskin hipoksiyaya və dölün tələf olmasına gətirib çıxara bilər.

Ultrasəs müayinəsi zamanı tamamilə qısa bir ğöbək ciyəsi aşkar edilərsə, qadına yalnız qeysəriyyə əməliyyatı ilə azad olmaq göstərişdir.

Göbək ciyəsi dölün bədəninin bir və ya bir neçə hissəsinə (ayaq və boyun, gövdə və boyun ətrafında) dolanmış ola bilər. Göbək ciyəsi orqan ətrafında bir və ya bir neçə dəfə dolana bilər.

Səbələri:

Ana bətnində böyüyən körpə sonsuz sayda bir çox hərəkətlər edir. Döl nə qədər kiçikdirsə, daha mürəkkəb hərərkətlər yerinə yetirə bilir, çünki kifayət qədər yeri olur. Döl böyüdükcə, cəkisi artdıqca, uşaqlıqda dölün hərəkəti məhdudlaşır və dolanma halı minimuma düşür.

Böyüməkdə olan döl öz-özünə həm göbək ciyəsinə dolanmaq, həm də açmaq qabiliyyətinə malikdir. Buna görə də yalnız bir dəfə olunmuş ultrasəs müayinəsi nəticəsi ilə gələcək valideyinlər təşvişə düşməməlidirlər.

Göbək ciyəsi dolanması nə qədər təhlükəlidir?

Əgər bu vəziyyətdə təhlükəli hal olmasaydı, biz bunu müzakirə etməzdik. Beləliklə demək olar ki, təhlükə mövcuddur. Ancaq göbək ciyəsi dolanmasını mütləq bir fəlakət də adlandırmaq olmaz. Hər şey müəyyən amillərin birləşməsindən asılıdır. Məsələn, boyun və ya ayaq ətrafındakı normal göbək ciyəsinin çoxda sıx olmadan dolanması körpənin həyatı üçün elə də təhlükə yaratmır. Eyni zamanda sıx şəkildə dölün ətraflarına dolanan və ya çox qısa olan göbək kordonunun dolanması dölün bətndaxili hipoksiyasına səbəb ola bilər.

Çox vaxt oksigen çatışmamazlığına cavab olaraq döl aktiv hərəkətlər etməyə başlayaraq özünü ilgəklərdən azad edir. Yox, əgər dolanma sıxdırsa və döl özü problemlə bacara bilmirsə, o kifayət qədər oksigen ala bilmir və körpəyə zərər verə bilər, ona görə də təcili olaraq həkim müdaxiləsi lazımdır.

Hamiləlik zamanı problemlərin olduğunu hiss etmək mümkündürmü?

Ananın uşağının ilk hərərkətini hiss etdiyi andan etibarən əsas vəzifəsi – dinləməkdir. Diqqətli analar körpəsinin əhval-ruhiyyəsinin necə olduğunu onun hərəkətlərinin gücü və intensivliyi ilə bilirlər. Körpə sözün əsl mənasında hər şeyi anaya bildirir – oyanmasını, yemək istəməsini, gəzintiyə çıxma istəyini. Əgər uşaq birdən xəstələnərsə, mütləq anasına hiss etdirir, yetərki ana onu dinləsin.

Çox vaxt hamilə qadınlar körpənin gündəlik həyat ritminə uyğunlaşırlar, nə vaxt yatdığını, nə vaxt oyaq olduğunu, həyəcanlı hallarda necə davrandığını, ana və atanın səsinə necə reaksiya verdiyini, ümumiyyətlə körpənin əhval-ruhiyyəsini onun hərəkətlərinə görə təxmin edirlər.

Ana, şübhəsiz ki, körpənin vəziyyətində hər hansı bir dəyişiklik olarsa, hiss edəcəkdir. Əgər xroniki oksigen çatışmazlığı yaranırsa, dölün aktivliyi azalır, o aldığı enerjiyə qənaət məqsədilə daha ləng hərərkət edərək yeni mühitə uyğunlaşmağa çalışır. Hipoksiya inkişaf edərsə artıq məsələ başqadır.

Uşaq sözün əsl mənasında şərtlərin dəyişməsindən narahat olur və bunu yüksək hərəkətliliklə bildirir. Bu davranışın iki məqsədi var – anaya problemin olduğunu bildirmək və bu problemi özü həll etməyə çalışmaq. Əgər körpənin cəhdləri uğursuz olarsa və ilkin yardım edilməzsə, ikinci faza – dekompensasiya (aktiv hərəkətlərlə müqavimət göstərmək gücü qalmır, hərəkətləri yavaşıyır) başlayır. Həddindən artıq hərəkətliliyin, tam səssizliyə qədər kəskin dəyişməsi, hamilənin həkimə müraciət etməsi üçün ciddi xəbərdarlıq siqnalıdır.

Diaqnostika:

Ğöbək ciyəsinin qısa olması hamiləliyin ultrasəs müayinəsindən dərhal sonra ortaya çıxır. USM müayinısi göbək ciyəsinin uzunluğunu görmək və ölçmək üçün yeganə üsuldur. Körpənin vəziyyətini müəyyənləşdirmək üçün həkim əlavə olaraq doppler müayinəsi təyin edə bilər. Bu üsulla göbək ciyəsində, ciftdə, beyində damarları ölçmək və qan axınını qiymtələndirmək olur. Dopplerdə aşkarlanan normadan kənara çıxmalar, körpənin yardıma ehtiyacı olduğunun göstəricisidir.

Dölün vəziyyətini qiymətləndirmək üçün ən əlçatan və çox məlumat verən üsul KTQ-dir (kardiotokoqrafiya). Ananın qarnının ön divarına quraşdırılmış sensorlardan istifadə edərək körpənin hərəkətləri və ürək döyüntüləri qeyd edilir. Göbək ciyəsi dolanması zamanı dölün vəziyyətinin dəyişməsi ilə əlaqədar KTQ-də alınan məlumatlar normadan xeyli fərqlənir. Kəskin hipoksiyada ilk öncə ürək döyüntüləri artır, sonra əhəmiyyətli dərəcədə azalır. Düzgün qeydiyyat aparıldığı və qaydalara əməl edildiyi zaman KTQ-nin informativliyi yüksəkdir.

Göbək ciyəsi dolanması zamanı doğum:

Əksər hallarda qadınlara təbii yolla doğuş göstərişdir, yalnız dölün vəziyyətində əməliyyata göstərişə səbəb olacaq dəyişikliklər olarsa, operativ yol seçilir. Təbii doğuş zamanı körpənin başı görünən kimi, göbək ciyəsi ilmələri boynundan çıxarılır və sonra doğuş normal davam edir.

Göbək ciyəsinin dölün boynuna dolanmasi:

Göbək ciyəsi nədir?

Göbək ciyəsi ananı və dölü bir-birinə bağlayan vasitədir. O, birləşdirici

toxumadan və 3 damardan ibarətdir: göbək damarı – oksigen və qida maddələri ilə zəngin olan arterial qanı plasentadan dölə çatdırır, əksinə isə digər 2 arteriya ilə venoz qan döldən plasentaya qayıdır. Beləliklə göbək ciyəsi fetoplasentar qan dövranını təmin edir. Göbək ciyəsi adətən hamiləliyin 14-cü həftəsində formalaşır.

Göbək ciyəsi uzun (70 sm-dən çox), normada (56-70 sm), qısa (40-55 sm) olur. Patoloji variantda göbək ciyəsi o dərəcədə qısa olur ki, dölün doğuş kanalında hərəkətinə mane olur. Bu diaqnoz doğuş zamanı qoyulur və bu zaman yeganə yol keysəriyyə əməliyyatıdır.

Göbək ciyəsi bir və ya bir neçə hissədən dölə dolana bilər. Məsələn: dölün boynuna, ayaqlarına, gövdəsinə. Cöbək ciyəsi dölə sıx və boş dolana bilər. Göbək ciyəsinin dolanmasına 20-25% hallardada rast gəlinir. Çox hallarda göbək ciyəsinin dölə boş dolanması baş verir. Göbək ciyəsinin dolanmasına hamiləliyin 17-ci həftəsindən rast gəlmək olur.

SƏBƏBLƏRİ:

Göbək ciyəsinin dölə dolanmasının konkret səbəbləri yoxdur.

İnkişaf edən dölün, xüsusən hamiləliyin erkən dovrlərində çox hərəkətli olması (bu çox vaxt döldə hipoksiya nəticəsində olur), göbək ciyəsinin uzun olması, döl yanı mayenin çox olması buna səbəb ola bilər.

Göbək ciyəsinin dolanması aşağıdakı hallara səbəb ola bilər:

-dölün boynunun sıxılmasına;

-göbək ciyəsinin öz damarlarının sıxılmasına;

-plasentanın vaxtından əvvəl qopmasına;

-dölün ürəyinin reflektor olaraq dayanmasına;

-dölün hipoksiyasına.

Diqanostika:

Ultrasəs Müayinə (USM): Bu müayinə ilə dölün ümumi vəziyyəti, boyunun inkişafı, plasentanın, göbək ciyəsinin, döl yanı mayenin vəziyyəti qiymətləndirilir.

Dopplerometriya: Bu müayinə ilə plasentada, göbək ciyəsində və dölün beyin arteriyalarında qan dövranının vəziyyəti müəyyən olunur. “Ana-plasenta-döl” sisteminin qan dövranında baş verən dəyişikliklər artıq ciddi problemlərin olmasından xəbər verir. Bu zaman hamilə qadın mütləq həkim nəzarətində olmalıdır.

Kardiotokoqafiya (KTQ): 40-60 dəq müddətində dölün vəziyyəti onun ürək döyüntülərinə və hərəkət tezliyinə görə müəyyən olunur. Göbək ciyəsinin dölün boynuna dolanması zamanı ürək yığılmalarının tezliyi azalır. Buna əsasən həkim vəziyyətin nə dərəcədə ağır olduğunu müəyyən edir. KTQ hamiləliyin 33-cü həftəliyindən aparılır.

Göbək ciyəsinin dölün boynuna dolanması zamanı dölün azad olması əsasən keysəriyyə əməliyyatı ilə baş verir. Lakin bəzi istisna hallarda döl təbii doğuşla azad ola bilər.