• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Hamiləlikdə tonus

Bu problemlərdən əziyyət çəkən qadınlarda uşaqlıq əzələləri periodik olaraq yığılır və uzun müddət gərgin vəziyyətdə qalır. Nəticədə uşaqlıq boşluğunda təzyiq artır. Vaxtında müalicə aparılmadıqda ağır fəsadlara gətirib çıxara bilər. Tonusun yüksəlməsi döl üçün təhlükəli amil sayılır. Onun ən ağır fəsadı spontan abort, sadə dillə desək düşükdür. III trimestrdə son həftələrdə tonus yüksəlməsi vaxtından əvvəl doğuşa səbəb olur. Tonusun digər ağırlaşması dölün boğulmasıdır. Belə ki, döl böyümək və inkişaf etmək üçün oksigeni, eləcə də digər qida maddələrini cift vasitəsilə ananın qan damarlarından alır. Tonus nəticəsində bu maddələrin dövranı azala, hətta dayana bilər. Bu isə döldə hipoksiya, yəni oksigen çatışmamazlığı törədir. Ağır hallarda dölün bətndaxili ölümü baş verir.

Bəs tonusun əlamətləri nədir?

Hamiləlik zamanı qarında ağrılar. Bu əlamət ilk aylarda qarnın aşağı hissəsində, bel-oma səviyyəsində aybaşı ağrıları şəklində təzahür edir. Qarnın gərgin olması, hamiləlik zamanı qəhvəyi axıntı. Ifrazatın rəngi bəzən açıq-çəhrayı olur. Trimestdən asılı olmayaraq, yuxarıda sadalanan hallarda qarşılaşdıqda vaxt itirmədən həkim-ginekoloqa müraciət edin.