• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Hamiləlikdə baş ağrısı

Hamilə qadınların mədə bulantısı, baş ağrısı və gicəllənməsi kimi bir çox narahatlıqıar ola bilər. Hər hamiləlik dövründə bu həssaslıq müşahidə edilməsə də, bir çox xanımı narahat edir.

Səbəbləri:

-Hamiləliyin ilk 3 ayında bədənin hormonal dəyişikliyinə və qan həcmi artmasına görə baş ağrısı, qusma, mədə bulantısı, ovuclarda tərləmə kimi əlamətlər biruzə verir.

-Qidalanma balansının anidən dəyişməsi də qusma və baş ağrılarına səbəb olur.

-Hamiləlikdə bədənin suya normal haldan daha çox ehtiyac var.

-Qan şəkəri aşağı olan hamilə xanımlarda baş ağrıları və miqren halları baş verir. Buna görə də, hamilələr az-az, amma tez-tez yeməlidir.

-Hamiləlikdə artıq çəki də baş ağrısına səbəb ola bilər.

-Hamiləlik zəhərlənməsi bağ ağrısına səbə ola bilir.