• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Rezus konflikt

İnsan qanı plazma və formalı elementlərdən ibarətdir.Bu formalı elementlərdən biri də eritrositdir (qırmızı qan hüceyrələri).85% insanlarda eritrositlərin üst təbəqəsi zülalla örtülüb ki,bu insanlar rezus müsbət qana malikdirlər.15% insanlarda eritrositlərdə zülal təbəqəsi olmur və bele qana rezus mənfi qan deyilır.


Rezus mənfi qana malik anada hamiləlik zamanı hansı halda rezus konflikt yaranır? Əgər atanın qanı da rezus mənfidirsə bu zaman rezus konflikt yaranmaz.Atanın qanı rezus müsbətdirsə və döl öz qanını atadan alarsa bu zaman rezus konflikt meydana çıxar.Dölün qanındakı zülal təbəqəli eritrositlər cift vasitəsilə ananın qanına keçir.Ana orqanizmi üçün bu zülal yad cisim sayılır və orqanizm yad cismi mehv etmək üçün antitel hazırlayır.


Əgər mənfi rezuslu anada birinci hamiləlik abortla,düşüklə nəticələnirsə o zaman artıq ananın qanında bu antitellər yaranmışdır və bu səbəbdən növbəti hamiləliklərdə daha diqqətli olmaq lazımdır.Birinci hamiləlik döl üçün təhlükə yaratmasa da hər sonrakı hamiləlikdə risk artır.Cift vasitəsilə ananın qanına keçən yad zülala qarşı orqanizmin müdafiə reaksiyası başlayır.Ana qanında yaranmış antitellər yenidən cift vasitəsilə dölün qanına keçir.Burada dölün eritrositlərini dağıtmağa başlayır.Dölün qaraciyəri,dalağı məhv olmuş eritrositlərin yerini doldura bilmir,böyüyür və dölün sağlamlığı təhlükəyə girir.Sarılıq və qan azlığı yaranır.Bəzi ağır hallarda anaya mənfi rezuslu qan köçürmək lazım gəlir.


Rezus mənfi qana malik olmaü analıqdan imtina etmek lazımdır demək deyil! Xüsusi antirezus immunoqlobulin var ki,hamiləliyin 28 və sonra 34-cü həftəsində anaya köçürülməklə rezus konfliktin yarada biləcəyi təhlükədən qurtulmaq olar.


Profilaktik olaraq bu antirezus immunoqlobulini doğuşdan 48-72 saat sonra,düşük,abort,uşaqlıqdan kənar hamiləlikdən sonra da anaya köçürmək lazımdır.