• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Hamiləlikdə mədə yanması

Hamiləlik dövründə uşaqlığın həzm sisteminə təzyiqi və hormonların mədə əzələlərinə təsiri nəticəsində əksər qadınlarda mədə yanması müşahidə edilir. Yanğı hissi qida fraqmentlərinin mədə şirəsi ilə birlikdə qida borusuna qayıtması səbəbindən baş verir. Hamiləlik dövründə normadan artıq ifraz olunan progesteron hormonu mədə sfinkterinin boşalmasına səbəb olur. Boşalmış sfinkter mədə möhtəviyatının geriyə qayıtmasına mane ola bilmir. Yanma hissi adətən qida qəbulundan sonra yaranır və bir neçə saat davam edir. Mədə yanması dölün sağlamlığına mənfi təsir göstərçir. Yanma hissi şiddətlidirsə, qidanı kiçik porsiyalarla qəbul etmək məsləhər görülür.

Hamiləlikdə mədə yanması ilə mübarizə:

-Mədənin yüklənməməsi üçün qidanı yaxşı çeynəmək;

-Qələvi tərkibli qidalara üstülük vermək;

-Yatmazdan öncə qida qəbulundan imtina etmək, axşam yeməyindən sonra piyada gəzmək, yeməkdən yalnız 3 saat sonra yuxuya getmək;\

-Sərbəst geyimlərdən istifadə etmək;

-Qida rasionuna arabir balqabaq toxumu əlavə etmək.

Mədədə yanğı hissi zamanı təbii vasitələrlə vəziyyətin yüngülləşdirilməsi:

-Kartof şirəsi və ya giləmeyvə kiseli;

-Süd. Kiçik porsiyalarla sutka ərzində 1-2 stəkan süd içmək olar. Südə bir neçə damcı şüyüd yağı qatılarsa, onun effekti daha da güclənər;

-Balqavaq və günəbaxan tumu. Onları gündə bir neçə dəfə az miqdarda qəbul etmək olar;

-Keyfiyyətli mineral sular;

-Qoz, fındıq, kök və s.