Psixiatriya - Autogen məşq



İnsan öz əhval ruhiyəsini,emosional vəziyyətini, ümumiyyətlə öz psixoloji durumunu necə idarə edə bilər?
Hər bir insan dərmansız, psixoloqa müraciət etmədən özünü requlyasiya (autotreninq) məşqləri edərək istədiyi effekti ala bilər. Aşağıda Ећuls metodikası ilə autogen məşq təsvir olunur.
Gündə 3-4 dəfə, hər dəfə 5-10 dəqiqə olmaqla uzanmış və ya oturmuş vəziyyətdə icra olunmalıdır. Metodika 6 pillədən ibarətdir : İlk 2 həftə 1-ci pillə icra olunur , sonra hər iki həftədən bir, əvvəlki pillələrə 1 pillə əlavə olunur.

PİLLƏ 1
Ağırlıq hissinin yaranması.
Fikrinizdə təkrarlayın:Mən tamamilə sakitəm(1-2 dəfə) .Mənim sağ əlim ağırdır(6 dəfə).Mən tamamilə sakitəm(1 dəfə). Mənim sol əlim ağırdır(6 dəfə).Mən tamamilə sakitəm(1 dəfə).Mənim sağ ayağım ağırdır (6 dəfə).Mən tamamilə sakitəm (1 dəfə). Mənim sol ayağım ağırdır (6 dəfə)..Mən tamamilə sakitəm(1 dəfə).Mənim bədənim ağırdır (6 dəfə).Mən sakitəm (1 dəfə). İki həftədən sonra siz bədəninizdə ağırlıq hissinin yaranmasını bir neçə kəlmə ilə ifadə etməyi öyrənəcəksiniz:Mən sakitəm.Mənim əlim (ayağım) ağırdır.Mənim bədənim ağırdır.Mən sakitəm

PİLLƏ 2
İstilik hissinin yaranması.
Əvvəlcə siz bütün bədəninizdə ağırlıq hiss edəcəksiniz. Bunun üçün pillə 1-i edin, Sonra siz ağırdırsözünü istidir sözü ilə əvəz edib eyni qaydada 2-ci mərhələni yerinə yetirirsiniz.

PİLLƏ 3

Ürək ritminin requlyasiyası.
Əvvəlcə siz bütün bədəninizdə ağırlıq və istilik hiss edəcəksiniz. (pillə 1 və 2). Sonra sağ əlinizi ürəyinizin üstünə qoyun və 6 dəfə təkrarlayın:Mənim ürəyim sakit və ritmik döyünür.Mən tamamilə sakitəm (1 dəfə) cümləsi ilə 3-cü mərhələni bitirirsiniz.

PİLLƏ 4
Tənəffüsün requlyasiyası.
Siz bütün bədəninizdə ağırlıq , istilik, sakit və ritmik ürək döyünmə hiss edəndən sonra növbəti fikri 6 dəfə təkrarlayın:Mən rahat,dərindən və eyni qaydada tənəffüs edirəm.

PİLLƏ 5.
Qarın boşluğu orqanlarına təsir.
Dörd mərhələdə olan hissiyyatlardan sonra 6 dəfə bu fikri təkrarlayın: Günəş kələfim istidir.Mən tamamilə sakitəm. (1 dəfə).

PİLLƏ 6
Alında sərinlik hissi.
5 mərhələdən sonra 6 dəfə bu fikri təkrarlayın: Mənim alnım sərindir.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.