Cinsi zəifliyin dərmansız müalicəsi

Kişilərdə potensiyanın azalmasının (cinsi zəiflik ) dərman preparatları tətbiq edilmədən müalicəsi.

Səhər və axşam bir neçə dəqiqə ərzində cəmi 6 növ xüsusi idman hərəkətlərini etməklə kişilərdə potensiyanı yaxşılaşdırmaq olar. Belə gimnastikanın effektini Viaqra və Sialis kimi preparatların qəbulu nəticəsində yaranan effektlə müqaisə etmək olar.
Kişilərdə potensianın enməsinin əlamətləri nədir və bu gimnastikanın tətbiqinin faydalı olması barədə nə zaman danışmaq olar?
- Cinsi əlaqəyə marağın səbəbsiz olaraq azalması, tonusun olmaması ,
- Səhər və gecə saatlarında qeyri-iradi ereksiyanın olmaması,
- Ereksiyanın kifayət qədər güclü olmaması,
- Cinsi əlaqə zamanı ereksiyanın zəifləməsi və əlaqəni sona çatdırmaq qabiliyyətinin olmaması.
Bütün bu halların səbəbi kişi cinsiyyət üzvünün anotomik qurluşunun xırdalıqlarına varmadan demək olar ki, cinsiyyət üzvünün mağaralı cismilərinin qanla kifayət qədər dolmaması və ereksiya zamanı onun kifayət qədər sərt olmamasıdır.
Xüsusi gimnastikanın köməyi ilə potensia əzələlərinin işini artırmaq, cinsiyyət üzvünün qanla təhciz olunmasını yaxşılaşdırmaq və nəticədə ereksiya qabiliyyətini artırmaq olar.
I hərəkət: Parad addımı. Cinsi zəifliyin dərmansız müalicəsiCinsi zəifliyin dərmansız müalicəsi
Düz dayanmaq, əllər aşağıda. Dizləri mümkün qədər yuxarı
qaldıraraq və sanki qarın nahiyyəsinə sıxaraq addımlamaq.
II hərəkət: Daşı saxlamaq.Cinsi zəifliyin dərmansız müalicəsi
Düz durmaq, əllər beldə, dizlər bir qədər bükülmüş vəziyyətdə.
Dizləri bir qədər daha çox bükmək və sağrı əzələlərini sanki ayaqlar
arasındakı daşı sıxıb saxlamağa çalışırmış kimi gərginləşdirib-
boşaltmaq.
III hərəkət: Skippinq. Cinsi zəifliyin dərmansız müalicəsiCinsi zəifliyin dərmansız müalicəsi
Düz dayanaraq, dizlər bir qədər bükülü. Pəncəni yerdən
ayırmadan, bir yerdə duraraq qaçış başlasın, yalnız daban hissə
yerdən ayrılır. Bu zaman maksimum sürətlə dizlər növbə ilə önə
gəlir. Yalnız dizlər önə və arxaya hərəkət edir. Hərəkət maksimum
sürətlə və ilk vaxtlar 1 dəqiqədən çox olmamaq şərtilə edilməlidir.
IV hərəkət: Körpü.Cinsi zəifliyin dərmansız müalicəsiCinsi zəifliyin dərmansız müalicəsi
Arxası üstündə uzanmaq, dizləri yarıbükülmüş vəziyyətdə, pəncələr
yerdə. Əllər yanlarda. Kürək səthi tam olaraq yerə toxunur. Çanaq
hissəsi şəkildə göstərildiyi kimi yuxarı qaldırılır.
V hərəkət: Potensiya əzələləri Cinsi zəifliyin dərmansız müalicəsi
Ən vacib hərəkətdir. IV hərəkətdə olduğu kimi arxası üstündə
uzanmaq, ayaqlar bir qədər aralı. Potensiya əzələsini növbə ilə
gərginləşdirib boşaltmaq lazımdır. Bu əzələlər anusla xaya arasında,
cinsiyyət üzvünün kökü yerləşən nahiyyələrdədirlər. Hərəkəti

edərkən sanki anus nahiyyəsi ilə xayalar yaxımlaşır. Buna bənzər gərginlik
sidik ifrazını saxlayarkan yaranır bu zaman sağrı əzələləri
gərginləşmir.
Hərəkəti edərkən sayına yox, qüvvəsinə fikir vermək lazımdır.
VI hərəkət: Tozsoran.Cinsi zəifliyin dərmansız müalicəsi
Bu hərəkət də potensiya əzələlərinin qüvvətləndirilməsinə xidmət
edir. Stulda gövdəni bir qədər önə gətirərək oturmaq, çiyinlər
düzlənmiş vəziyyətdə. Stulun oturacağına tökülmüş tozu sanki
tozsoran kimi öz əzələlərinizlə içərinizə çəkirsiniz, bu zaman əsasən
anusla xaya arası nahiyyəyə fakir verilir. Hərəkəti düzgün yerinə
yetirdikdə sağrı əzlələri gərginləşir.

Ümumi məsləhtlər: Fiziki yükü tədricən artırmaq, hərəkətlərin sayını öz hissiyatına uyğun seçmək, ilk vaxtlar 10 dəqiqədən çox olmamaqla yerinə yetirmək.



Kişilərdə ereksiya problemlərinin, erektil disfunksiyanın, tez boşalmanın müalicəsində kimyəvi preparatlar təyım etməyə tələsmək düzgün deyil. Yuxarıda göstərilən idman hərəkətləri 70% hallarda gözlənilən nəticələri verir. Lakin bəzi hallarda kişilərdə yanaşı gedən xətəliklər məsələn xroniki prostatit, şəkərli diabet, ateroskleroz və s. olur ki, bunlar da problemin həll olmasına maneçilik törədir. Belə hallarda VİTAL KLİNİKA-da yenə də dərmansız müalicə metodlarından geniş istifadə olunur. Bunlar hansılardır?
1. Plazmaferez, qanın ultrabənövşəyi şüalarla şualandırılması----bu prosedurlar qanı durulaşdırır, mikrosirkulyasiyanı yaxşılaşdırır, qandan lazımsız maddələri, şlakları təmizləyir, immun sistemi stimullaşdırır
2. Fizioterapiya (SMV, kvant-lazer, elektrofarez və s.) prosedurlarıyerli qan dövranını yaxşilaşdırır, toxumalarda maddələr mübadiləsini stimulyasiya edir. Xüsusilə rektal fizioterapevtik proseduralar (düz bağırsaqdan verilən) xroniki prostatitlərdə, durğunluq prostatitlərində çox effektli müalicə üsullarıdır
3. Bitkilərlə müalicə --VİTAL KLİNİKA-da androloji xəstəliklərin müalicəsində bitkilərdən geniş istifadə olunur. Bunlardan biri KEÇİBUYNUZU AKASİYA bitkisidir. Bu unikal bitki Bakıda -parklarda bitir, qara ciyər və prostat xəstəliklərində çox effektlidir, hormonal preparatlar qəbul etmədən testestoronun nolmal səviyyəyə qalxmasına kömək edir.

Bütün bu saydıqlarımız lazımı effekt verməsə, kimyəvi dərmanlara keçirik. Çox nadir hallarda yaşlı, insanlarda, uzun müddət şəkərli diabetdən əziyyət çəkənlərdə, mərkəzi sinir sisteminin bəzi xəstəliklərində cinsi zəiflik müalicələrə tabe olmur, bəs onda nə etməli çıxış yolu varmı?

VİTAL KLİNİKA bu halda sizə cinsi zəifliyin cərrahi üsulla müalicəsini təklif edir. 100% qaranti verən bu üsul birdəfəlik bu problemi həll etmək imkanı yaradır. Əməliyyatlar Türkiyədən dəvət olunmuş androloq-uroloqlar tərəfindən həyata keçirilir.



Oxşar mövzular:
  • abdominal agri
  • SÜD VƏZİ XƏRÇƏNGİ
  • Erkən eyakulyasiya
  • « 1 2 »
    www.vital.az 2013 Poliklinika