• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir
  Randevu
  Aksiya / Check Up
  Məqalələr
  Blog və Xəbərlər
  Doğum Evi
  Həkimlərimiz
Poliklinka Poliklinkada bütün bölmələrimiz mövcuddur.
Cərrahiyyə Vital Hospitalda Bütün Cərrahi Əməliyyatlar mümkündür.
Doğum Evi     Vital Hospitalın Doğum Evi 2010-cu ildən fəaliyyət göstərir.

Haqqımızda



Vital Hospital tibb müəssisəsi kimi 2001-ci ildən fəaliyyətə başlamış və fəaliyyət dövründə bir cox nailiyyətlər əldə edərək Respublikamızın tanınmış tibb müəssisələri ilə bir sırada dayanmaqdadır.

Vital Hospitalın Doğum Evi 2010-cu ildən fəaliyyət göstərir. Doğum Mərkəzində əziyyətsiz, travmasız, komfort şəraitdə doğuşlar keçirilir. Doğuşlar Respublikanın tanınmış Həkim -mama-ginekoloqu Afaq Məcidovanın rəhbərliyi altında təcrübəli mütəxəssislər tərəfindən aparılır. Hospitalda həmçinin keysəriyyə əməliyyatları da keçirilir. Neonatoloji şöbədə yeni doğulmuşların qeydinə xüsusi diqqətlə baxılır. Doğum Evinin nəzdində Analar Məkətəbi də fəaliyyət göstərir. Burada hamilə xanımlar üçün fitness, yoqa, pilates, meditasiya məşqləri keçirilir. Həkim-mütəxəssislərimiz – ginekoloqlar, neonatoloqlar və psixoloqlar xanımlarla mühazirələr aparır, psixoloji hazırlıqlar keçirlər....

Ətraflı
0k

Həkim Sayı

0+

Gündəlik qəbul sayı

0+

Laboratoriya analiz Sayı

0

Şöbə Sayı



Poliklinika

Randevu

Sual və Cavab

1Hormonal analiz necə verilməlidir?

Hormon analizi səhər saatlarında ac qarına verilməlidir. LH, FSH, Estradiol tsiklin 2-5-ci günlərində Progesteron 19-24-cü günlərində 17 OH progesteron 4-5-ci günlərdə verilir

2Sperma analizi necə verilir?

Analiz bir başa tibb mərkəzində verilməlidir. Analizdən öncə 3-7 gün ərzində cinsi əlaqə olmamalıdır. Bu müddət ərzində spirtli içki qəbulu və dərman qəbulu varsa həkimlə razılaşdıqdan sonra analizin verilmə vaxtı təyin edilir.

3Yaxma analizi necə verilir?

Qadınlarda: 1. 2 gün cinsi pəhriz 2. Sidik ifrazından 3 saat sonra 3. Vaginal şam qəbulundan 3 gün sonra 4. Adəti qanaxmadan 2 gün əvvəl va ya bitdikdən 3 gün sonra Bəylərdə: 1. Son sidik ifrazında 4-5 saat sonra

4USM müayinələri üçün necə yaxınlaşmaq lazımdır?

Abdominal (qarın boşluğu) ultrasəs müayinəsi üçün pasiyent acqarına, sidik kisəsi dolu yaxınlaşmalıdır. Abdominal usm zamanı qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəz, dalaq, böyrəklər, sidik kisəsi, sidik axarları yoxlanılır. Uroloji və ginekoloji transabdominal müayinə üçün sidik kisəsi dolu olmalıdır. Uroloji usm zamanı böyrəklər, sidik kisəsi, sidik axarları yoxlanılır. Kişilərdə əlavə olaraq prostat vəzinə də baxılır. Transvaginal usm üçün sidik kisəsi boş olmalıdır. Follikulometriya ovulyasiyanın təyini üçün yoxlanılır(adətən aybaşının 10-12-14 günləri). Əmgəyi qapanmamış körpələrin beyin toxumasını Neyrosonoqrafiya edərək yoxlamaq mümkündür. Timus-2 yaşa qədər uşaqlarda yoxlanılır

Korporativ Partnyorlar